GƏNCLİK  PROQRAMININ İŞTİRAKÇILARI MƏLUM OLDU -

“GƏNCLİK” PROQRAMININ İŞTİRAKÇILARI MƏLUM OLDU

Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, sosial aktiv fəaliyyətlərinin artırılması,
liderlik bacarıqlarının formalaşdırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Bu
istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq “GəncLİK” proqramı gənclərdə liderlik
qabiliyyətinin  inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən həyata keçirilən “GəncLİK” proqramının
sonuncu seçim mərhələsi uğurla yekunlaşıb.


Xatırladaq ki, proqramda iştirakla bağlı 27 may-24 iyun 2019-cu il tarixlərində ərizə
qəbulu həyata keçirilib. Müraciətçilər “GəncLİK” proqramının rəsmi internet səhifəsi vasitəsilə
ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub qeydiyyatdan keçiblər. Proqrama
müraciət etmiş 1000-dən artıq gənclər arasından seçim meyarlarına uyğun gələn 321 gənc isə
növbəti mərhələ olan test imtahanında iştirak etmək şansı qazanıb. İmtahan zamanı minimum
müəyyən olunmuş orta balı toplayan 104 gənc növbəti mərhələdə video müraciət hazırlayaraq
iştirak ediblər. Bu mərhələnin həyata keçirilməsində əsas məqsəd namizədin maksimum 2 dəqiqə
ərzində   «niyə mən GəncLİK proqramına seçilməliyəm?» sualı ətrafında özünü sərbəst şəkildə
ifadə etməsinə nail olmaqdır. 24 iyul - 5 avqust tarixlərində video müraciətlərin qəbulu prosesi
həyata keçirilib. 60 gəncin video müraciəti ekspertlərin rəyinə əsasən uğurlu hesab edilib.
7-14 sentyabr tarixində baş tutmuş müsahibə mərhələsində ekspertlər tərəfindən
səsləndirilən sualları dolğun şəkildə cavablandırmış və müsbət rəy almış 30 gənc GəncLİK
proqramında iştirak hüququ qazanmışdır.


Qeyd edək ki, artıq oktyabr ayından start verilən təlimlər və görüşlər 3 ay davam
edəcəkdir. Təlim proqramının yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq,
daha sonra isə gənclər 2 ay ərzində profillərinə uyğun olaraq beynəlxalq təşkilatlarda və yerli
qurumlarda təcrübə keçəcəklər. Növbəti mərhələdə proqram iştirakçılarının fərdi və ya qrup
şəklində ideyaları qrant formasında maliyyələşdiriləcək və 2 ay ərzində icra olunacaq. Sonda isə
proqramı uğurla yekunlaşdıran gənclərin müvafiq məsul işlə təmin olunmasına və ya mövcud iş
yerində irəlilələməsinə dəstək göstəriləcək.


Gənc liderlərimizi təbrik edir və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayırıq! 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !