Teymur Rəcəbov DK-nın finalına sülhlə başlayıb - ( M. İntiqam – AZpress.AZ )

Teymur Rəcəbov DK-nın finalına sülhlə başlayıb ( M. İntiqam – AZpress.AZ )

Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən və ümumi mükafat fondu 1.600.000 dollar təşkil edən şahmat üzrə Dünya Kobokunun final mərhələsinə həmyerlimiz Teymur Rəcəbovla çinli Lin Lijenin ilk klassik partiyaları ilə bu gün start verilib. Rəcəbovun ağ fiqurlarla oynadığı görüş 33-cü gedişdə sülhlə başa çatıb. Turnirin reqlamentinə görə tərəflər ilk olaraq özlərini 4 klassik partiyada sınayacaqlar. Bu 4 oyunda daha tez 2,5 xal toplayan tərəf turnirin qalibi olacaq. Əgər tərəflər 4 oyunda eyni xal toplasalar, onda qalibi aşkar etmək üçün mübarizə tay-brekdə (sürətli şahmat) davam etdiriləcək. Sabah qrossmeysterlər klassik partiyanın ikinci oyununu keçirəcəklər. Qeyd edək ki, finala çıxmaqla adlarını iddiaçılar turnirinə yazdıran bu cütlük, həm də yüksək məbləğdə mükafat qazanacaq. Qalib 110, ikinci yerin sahibi isə 80 min dollar əldə edəcək. Yeri gəlmişkən, həmin məkanda fransalı Maksim Vaşye-Laqravla çinli Yuy Yanq isə 3-cü yer uğrunda mübarizə aparır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !