Azyaşlı uşaq 3-cü mərtəbədən yıxıldı vəziyyəti ağırdır -

Azyaşlı uşaq 3-cü mərtəbədən yıxıldı vəziyyəti ağırdır

Gəncədə azyaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Adilxan Ziyadxanov küçəsində Gəvə Zavodu adlanan əraznin yaxınlığında yerləşən yataqxanada baş verib. 3 yaşlı Cəfərova Aysel Bayram qızı yaşadığı binanın yataqxanasından yıxılaraq ağır xəsarət alıb.

Yaralı ağır vəziyyətdə Gəncə şəhər Abbas Səhət adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Azyaşlının atası Bayram Cəfərov BAKU.WS-in bölgə muxbirinə bildirib ki, övladı başından ağır yaralanıb. Maddi vəziyyəti ağır olduğundan özəl xəstəxanada müalicə üçün gücləri çatmır.

B.Çəfərov xeyirxaq insanlardan ona kömək etməyi xahiş edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !