Sumqayıt-Bakı sürət qatarı sərnişinlərə stressli anlar yaşatdı - ++VIDEO=1

Sumqayıt-Bakı sürət qatarı sərnişinlərə stressli anlar yaşatdı ++VIDEO=1

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Gecikməyə səbəb isə, Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlığın yaranması olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

 

Bu gün səhər saatlarında yenə Bakı-Sumqayıt sürət qatarı sərnişinləri pis vəziyyətdə qoyub.

Big.az baku.ws-ə istinadən xəbər verir ki, Sumqayıtdan Bakıya gələn qatarların hərəkətində ləngimələr müşahidə olunub.

Belə ki, Biləcəri stansiyasından saat 07:42-də yola düşən qatar 6 dəqiqə, Biləcəri stansiyasından 08:14-də yola düşən qatar isə 40 dəqiqə gecikib.

Qatardan istifadə edən sərnişinlər isə gecikmələrə görə olduqca məyus olublar. Bəziləri isə bu hala etirazlarını bildiriblər.

Qeyd edək ki, qatar yolboyu çox yavaş hərəkət edib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !