Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib - Nazir -

Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib - Nazir

AZpress.AZ xəbər verir ki, konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitisin rəhbərlik etdiyi numayəndə heyəti, Litvanin Azərbaycandakı səfiri Eqidiyus Navikas, bundan başqa beynəlxalq qurumların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Tvinniq layihəsinin üzvləri, dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Sahil Babayev konfrans iştirakçılarını salamlayaraq bildirib ki, həyata keçirilən təcrübələr ulu öndər Heydər Əliyevin sosial siyasətinin ana xəttini təşkil edir: "Son 15 ildə Azərbaycanda gəlirlər artıb. İşsizlik və yoxsulluq səviyyəsi 5 faizə qədər enib. Bu, çox gözəl nəticədir. Dünyanın heç bir ölkəsində məşğulluq siyasəti ilə bağlı nəticələr tam təmin edilməyib. Bununla belə, qarşımızda çox ciddi məqsədlər durur. Azərbaycan hökuməti hər il əmək bazarina daxil olan minlərlə insan qarşılayır. Bilirsiniz ki, son bir il ərzində ölkəmizdə məşğulluq proqramının qəbul olunmasında "Tvinniq layihəsi"nin böyük dəstəyi oldu".

Sahil Babayev layihə barədə daha ətraflı məlumat verərək bildirib ki, Litva, Avstriya Respublikasının və İsveç Krallığının ən yaxşı təcrübələri əsasında Avropa İttifaqı ilə Azərbaycan Hökümətinin birgə həyata keçirdiyi bu layihə "Azərbaycan Respublikasında Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək"siyasətinin əsasıdır.Bu layihədən əldə olunan nəticələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Normativlərin hazırlanması prosesindəki bu addımı perspektivli nəticə kimi qəbul etmək olar".

Sahil Babayev həmçinin bildirib ki, bu bir beynəlxalq təcrübədir: "Məşğulluq proqramlarının beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanması bir uğurdur. Hər il 10 min mikro biznes yaradilır və yaradılacaq. Bu layihə cərcivəsində elektron xidmətlərin təkmilləşməsi insanların artıq bu işə daha asan əlcatılmasi da əsasdir. Digər tərəfdən məşğulluq xidmətlərinin "DOST agentliyi" çərçivəsində insanlara yardım edir.

Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi umumilikdə 95-96 fazi təşkil edir. Ümumilikdə, "Tvinniq layihəsi"nin əhatə dairəsi çox geniş oldu. Bir çox prosedurların hazırlanması proqramları ən yaxşı təcrübəyə uygunlaşmasına imkan yaratdı.Bunun üçün dövlət qurumları tərəfdən bizə edilən dəstəyə gorə minnətdarliğımı bildirirəm.Bizim həqiqətən cox yaxşı formalaşmış əməkdaşlığımız var. Bu sahədə biz xarici ölkələrlə əməkdaslığımızı davam etdirəcəyik. İnanıram ki, bu addım qarşıda daha çox uğurlu nəticələr verəcəkdir".

Nazir eyni zamanda prezident İlham Əliyevinn müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın ölkədə mövcud demoqrafiq inkişaf perspektivlərinə və iqtisadi öncüllüklərə əsaslanaraq növbəti onillik üçün dövlət məşğulluq siyasətinin qarşıda duran əsas vəzifələrini müəyyən etdiyini bildirib. Sahil Babayev ölkədəki işsizlik probleminə də geniş şəkildə toxunub. Onun sözlərinə görə, "İşsizlikdən sığorta haqqında", yeni "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunlarının qəbul olunması, elektron xidmətlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı prezidentin müvafiq tapşırıqlarının işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdır.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Litvanın Sosial Təminat və Əmək naziri Linas Kukuraitis, və Litvanın ölkəmizdəki səfiri Eqidiyus Navikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinniq layihəsinin mühümlülüyündən, bu istiqamətdə həyata kecirilən tədbirlərdən danışıblar.

Mərasimdə Litva Respublikasının Sosial Təminat və Əmək nazirinin müavini Xanım Eqle Radişauskin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xətinin rəisi Fuad Musayev də təqdimatlarla çıxış ediblər.

Fuad Musayev bildirib ki,layihə çərçivəsində işsizliyin aradan qaldırılması üçün müxtəlif ölkələrə səfərlər təşkil olunub: "Bu istiqamətdə qanunvericilik sahəsində də irəliləyişlər əldə olundu."İşsizlikdən sığorta haqqında", yeni "Məşğulluq haqqında" qanunlarının qəbul olunması, "Qurumlarda könüllülük proseslərinə start verilməsi" insan kapitalının artımına yönəlik proseslərdir".

Sonda Tvinniq çərçivəsində təlimçilərin bilik və bacarıqlarının inkişaf etdirilmasi üçün kecirilən "təlimçilər üçün təlim" proqramının iştirakçilarına sertifikatlar təqdim edilib.

"Dövlət məşğulluq xidmətlərinin midernləşdiriəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyinə dəstək" Tvinniq layihəsinə 18 senytabr 2017-ci ildən start verilib.

Layihənin məqsədi Dövlət Məşğulluq Xidmətinin institusional potensialının, idarəçiliyin və işinin gücləndirilməsi, işaxtaran və işəgötürənlərin ehtiyaclarının ödənilməsinin müasirləşdirilməsi və təkmilləşdirilməsidir. Layihə çərçivəsində ölkəmizin əsas tərəfdaşı Litva olmaqla, Avropa İttifaqı, Avstriya və İsveçdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !