Yasamal rayonu Zərgərpalan küçəsi təmir edildi - (+FOTO=10)

Yasamal rayonu Zərgərpalan küçəsi təmir edildi (+FOTO=10)

 AZpress.AZ xəbər verir ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri yekunlaşıb.

 

Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

 

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

 

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 paqon-metr yeni səki daşları düzülüb.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edib.

 

Bundan başqa aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılıb, baxış qapaqları yenilənib.

 

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

 

Sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !