Görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 124-cü ildönümü qeyd edilib - (+FOTO=3)

Görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 124-cü ildönümü qeyd edilib (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, oktyabrın 3-də AMEA-nın Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 124-cü ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.

Mərasimi muzeyin elmi işçisi Ceyran Qənbərli açaraq tədbirin ənənəvi hal aldığını və 1972-ci ildən etibarən S.Yeseninin yaradıcılığının burada qeyd olunduğunu söyləyib. Qeyd edib ki, 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının iştirakı ilə Mərdəkanda Sergey Yeseninin ev-muzeyi açılıb. O, muzeyin zəngin eksponatlara malik olduğunu, burada qorunan əşyaların ədibin əsasən Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə etdiyini söyləyib. C.Qənbərli, həmçinin Rusiyanın ölkəmizdəki sabiq səfiri Vladimir Doroxin tərəfindən şairin əlyazmalarının muzeyə hədiyyə olunduğunu vurğulayıb.

2008-ci ildə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə ev-muzeyinin Sergey Yeseninin adını daşıyan Rus-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzinə çevrildiyini deyən C.Qənbərli mərkəz tərəfindən məktəb və universitetlərdə şairin poetik irsinin təbliğatının aparıldığını bildirib. O, bu gün mərkəzin iki ölkə arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Viktor Korobov, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova, Rusiya Yazıçıları İttifaqının üzvü Eldar Əhədov, Erzia Beynəlxalq Mədəniyyət Fondunun vitse-prezidenti Elena Butrova və digərləri çıxış edərək tədbiri yüksək qiymətləndirib, S.Yeseninin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Sonda məktəblilər şairin əsərlərindən nümunələr səsləndiriblər.

 

Nərgiz Qəhrəmanova

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !