Bakı metrosunda qadına qarşı iyrənc əməl - Təfərrüat -

Bakı metrosunda qadına qarşı iyrənc əməl - Təfərrüat

Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

AZpress.AZ xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !