K.İmanov: Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil - + FOTO=10

K.İmanov: “Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil” + FOTO=10

2019-cu il 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin
Assambleyalarının 59-cu sessiyası keçirilir. Beynəlxalq tədbirdə ölkəmizi
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Kamran İmanov ÜƏMT-nin Baş Assambleyasının açılış sessiyasında
çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından
Assambleya iştirakçılarını salamlayaraq, onun səmərəli işinin fəaliyyətinin
əlaqələndirilməsində ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin
rəhbərliyi altında Katibliyinin işini yüksək qiymətləndirib, Baş direktorun
peşəkarlığı, işgüzarlığı və yüksək mədəniyyətinin təşkilatın səmərəli idarə
olunmasında xüsusi əhəmiyyət kəsb etməsini qeyd edib.
Agentliyin rəhbəri həmçinin doktor F. Qarrinin beynəlxalq əqli mülkiyyət
sisteminin inkişafına töhfə verən, innovasiya, yaradıcılıq və davamlı inkişafı
təşviq edən fəaliyyətini dəstəklədiyini bildirib.
O, vurğulayıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən
dünya, yeni yaranan qlobal çağırışlar milli dövlətlərin qarşısına qlobal
dəyişikliklərin mənfi nəticələrini minimallaşdırmaq və dayanıqlı inkişaf
yollarını aramaq vəzifələrini qoyur. Müstəqil inkişaf yollarını axtaran və
tapan Azərbaycan bu gün ölkə rəhbərliyinin başladığı islahatların yeni
mərhələsindən keçir, ictimai tələblərə adekvat həyata keçirilən islahatlar
gerçəkliyimizin bütün sahələrinə sirayət edir.
Azərbaycanın islahatçı ölkələrin ilk onluğunda yer aldığını və aparılan
islahatların sayına görə dünya ölkələri arasında birinci yerdə olduğunu
xüsusi vurğulayan K.İmanov Dünya Bankının “Doing Business 2019”
hesabatına görə Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə
qərarlaşdığını, ölkəmizin inamlı innovativ inkişafının Ümumdünya İqtisadi
Forumunun hesabatında da əks olunduğunu, həmin sənəddə Azərbaycanın
“əqli mülkiyyətin qorunması” alt indeksində 36-cı, “qanunvericilik
səmərəliliyi” üzrə 22-ci və “hakimiyyətin fəaliyyəti” üzrə isə 20-ci yeri
tutduğunu diqqətə çatdırıb.

O, ölkəmizdə həyata keçirilən islahatların innovativ əsaslarını əks
etdirən əqli mülkiyyət sahəsinin mühüm institusional və funksional
dəyişikliklərlə müşayiət edildiyini, müəlliflik hüququ və əlaqəli hüquqlar,
həmçinin sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən
Əqli Mülkiyyət Agentliyi yaradıldığını, Respublika Elmi-Texniki
Kitabxanasının Agentliyin idarəçiliyinə verildiyini, tabeliyində iki mərkəzin -
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət
Hüquqlarının Təminatı Mərkəzinin yaradıldığını bildirib.
Agentliyin nəzdində innovasiyalara dəstək, həmçinin texnologiya
transferi və kommersiyalaşdırma mərkəzlərinin yaradılması və fəaliyyət
göstərməsi istiqamətində geniş miqyaslı işlər görüldüyünü qeyd edən
K.İmanov, aparılmış islahatlar nəticəsində özündə üçlük vəhdətli bir formulu
– koqnitivlik-kreativlik-kommersiyalaşma (Cognitivity-Creativity-
Commercialization - 3C) – birləşdirən özünəməxsus idarəetmə modelinin
qurulduğunu vurğulayıb.
Agentliyin rəhbəri qeyd edib ki, əqli mülkiyyət sisteminin inkişafı
olmadan innovativ inkişaf yolu mümkün deyil, investisiya və innovasiyanın
qorunmasını təşviq edən ƏM sisteminin qarşısında duran vəzifələr ölkənin
innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə iqtisadi islahatların həyata
keçirilməsinə xidmət edir. Onun sözlərinə görə, Agentlik çərçivəsində
aparılan idarəetmə islahatları nəticəsində ixtiraçılıq və patent fəallığının
artırılması üçün tədbirlər hazırlanmış, mübahisələrin məhkəmədənkənar
üsullarla (mediasiya) Apellyasiya Komissiyaları vasitəsilə tənzimlənməsi
layihələri hazırlanmışdır. Agentlikdə həmçinin patent fəaliyyətinin
sürətləndirilməsi və şəffaflığını təmin etmək, habelə blokçeyn
texnologiyaları da daxil olmaqla yeni rəqəmsal sistemlərin yaradılması və
tətbiq edilməsi məqsədilə fəal iş aparılır.
K.İmanov bildirib ki, Agentliyin əqli mülkiyyət siyasətinin fokusunda 3.0
Universitetlərinin (təhsil+tədqiqat+kommersiyalaşdırma) təşkili, kiçik və orta
sahibkarlıqda inovasiyaların stimullaşdırılması, əqli mülkiyyət üzrə təlim
mərkəzlərinin yaradılması, startap və spinautlar üçün vergi güzəştləri, milli
brendlərin tanıdılması və əlbəttə ki, Respublika Elmi-Texniki Kitabxanasının
rəqəmsallaşdırılması dayanır. O, vurğulamışdır: “Xüsusi qeyd etmək
istərdim ki, “Universitetlər və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət
siyasəti” layihəsi çərçivəsində biz ÜƏMT, rəqəmsal milli əqli mülkiyyət
aqreqatorunun (bazasının) yaradlması məsələsində isə Avropa İttifaqı
ölkələri ilə əməkdaşlıq edirik.” 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !