Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib - + FOTO=11

Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib + FOTO=11

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə
Gənclər Fondu tərəfindən təhsil xərcləri maliyyələşdirilmiş gənclərlə 4 oktyabr
tarixində Bakı Konqres Mərkəzində görüş keçirilib.
Görüşdə müsabiqədə qalib olan gənclər, onların valideynləri, dövlət
rəsmiləri, Milli Məclisin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri
iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun
Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qalib
gəncləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar.
Çıxış edənlər vurğuladılar ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının
artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin
yetişdirilməsi, gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan
gənclərin dəstəklənməsi  Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər
siyasətinin ana sütünunu təşkil edir.
Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının
inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar
yaradılmış, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin
təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar
atılmaqdadır.

Müsabiqədə qalib olan gənclər çıxış edərək, gənclərə dövlət qayğısının
artırılması ilə bağlı cənab Prezidentin növbəti təşəbbüsü olan hazırkı maliyyələşmə
mexanizminin əhəmiyyətindən, xüsusilə də sosial həssas kateqoriyalardan olan
gənclər üçün təhsilin əlçatanlığının artırılmasına töhfəsindən danışdılar. Eyni
zamanda, təhsilin inkişafı və gənclərə göstərilən hərtərəfli dəstəyə görə cənab
Prezidentə təşəkkürlərini bildirdilər.
Daha sonra tədbirdə bəzi qalib gənclərin uğur hekayələrindən bəhs edən
videoçarxlar nümayiş etdirilib və müsabiqə qalibləri ilə təhsil xərclərinin
qarşılanmasına dair müqavilə imzalanıb.
Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı
tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş
müsabiqə çərçivəsində 237 tələbənin, bu il keçirilən müsabiqə çərçivəsində isə 425
gəncin təhsil haqqı xərcləri dövlət tərəfindən qarşılanmasına qərar verilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !