Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub - ( M. İntiqam – AZpress.AZ )

Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub ( M. İntiqam – AZpress.AZ )

Rusiyanın Xanti-Mansiyski şəhərində keçirilən və ümumi mükafat fondu 1.600.000 dollar təşkil edən şahmat üzrə Düny Kubokuna azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla çinli Din Lijen arasında bu gün baş tutan tay-brek oyunlarla yekun vurulub. Finala çıxmaqla iddiaçılar turnirində iştirak etmək hüququ qazanan cütlük bunun ardından çempionluq uğrunda oyunlara başlayıblar. Turnirin reqlamentinə uyğun olaraq, qrossmeysterlər əvvəlcə öz aralarında 4 klassik görüş keçiriblər. Bu görüşlər heç-heçə (2:2) bitdiyindən rəqiblər mübarizəni tay-brekdə (sürətli şahmat) davam etdiriblər. Gərgin və dramatik mübarizə şəraitində keçən tay-brek oyunlarında Azərbaycan şahmat məktəbinin yetirməsi olan Teymur Rəcəbov daha inamlı oyun nümayiş etdirib. Hesab 4:4 olandan sonra qazandığı qələbə sayəsində hesabı öz xüyrinə olmaqla 5:4-ə çatdıran Rəcəbov növbəti oyunu da udmaqla ümumi hesabı 6:4-ə çatdirib ki, bu da ona DK-nin qalibi olmaq imkanı verib. Bu qələbə ilə Azərbaycan şahmatında və öz karyerasında yeni tarix yazan şahmatçımız, həm də 110 min dollar mükafat əldə edib. Onun finalda məğlub etdiyi Din Lijen isə 80 min dollarla kifayətlənib. 

xxx

 

Rəcəbovla Din Lijen tay-breke getdilər

 

Bu gün Rusiyanın Xant-Mansiyski şəhərində şahmat üzrə keçirilən və ümumi mükafat fondu 1.600.000 min dollar təşkil edən Dünya Kubokunun final mərhələsində həmyerlimiz Teymur Rəcəbovla çinli Din Lijen klassik partiya seriyasında 4-cü dəfə qarşılaşıb. Görüş 31-ci gedişdə sülh şəraitində bitincə tərəflər hərəyə 2 xalla tay-brekə yollanıb. Qalibi aşkar etmək üçün qrossmeysterlər sabah mübarizəni tay-brekdə davam etdirəcəklər. İlk görüşdə həmyerlimiz ağ fiqurlarla oynayacaq. Xatırladaq ki, finala çıxmaqla iddiaçılar turnirində iştirak etmək hüququ qazanan bu cütlükdən qalib adını qazanan 110, ikinci yeri tutan isə 80 min dollar mükafata sahib olacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !