Ağsuda it qadına hücum etdi -

Ağsuda it qadına hücum etdi

Ağsuda qadını it dişləyib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Abbasxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədova Xalidə Tapdıq qızı həyətdə iş görərkən itin hücumuna məruz qalıb. Qolları yaralanan qadın dərhal yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardımdan sonra qadın evə buraxılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !