Cəbhəyanı bölgələrdə yaşayan qadınlar arasında sahibkarlıq... - +FOTO=4 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Cəbhəyanı bölgələrdə yaşayan qadınlar arasında sahibkarlıq... +FOTO=4 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Cəbhəyanı bölgələrdə yaşayan qadınlar arasında sahibkarlıq imkanlarının artırılmasına dair təlim keçrilib  

AZpress.AZ xəbər verir ki,məcburi köçkün ailələr və cəbhəyanı bölgələrdə yaşayan qadınlar arasında
sahibkarlıq imkanlarının artırılması, onların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinə həsr olunmuş
layihənin icrasına başlanılıb.
Avropa Birliyinin Eastern Partnership Civil Society Facility tərəfindən dəstəklənən layihənin müəllifi
İsmayıl Fətəliyevdir.
Təlimin ilk sessiyası Tərtərdə yerləşən Heydər Əliyev mərkəzində baş tutub. 20-dək iştirakçı-qadına
məşğulluq imkanlarının artırılması, onların kiçik bizneslə məşğul olmasının təşviqi və bunun davamlılığını
təmin etməyin  vacibliyi aşılanıb.
İştirakçılara həmçinin mikro maliyyə resurslarına çıxış imkanlarının yolları göstərilib. Bundan əlavə ölkədə
gender bərabərliyi ilə bağlı vəziyyəti əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda qadınlar
arasında təhsilin, maliyyə müstəqilliyinin vacibliyini, dövlətin bu məsələyə ayırdığı diqqət barədə bəhs
edilib. Sonra ekspertlər təlim iştirakçıların suallarını cavablandırıb. 
Bundan başqa təlim sessiyaları Bərdə və Ağdam rayonlarında təşkil olunacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !