Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcmasının BMA-nın müəllim və tələbə heyəti ilə görüşü keçirildi - + FOTO=96 ( İ. Nəriman - AZpress.AZ )

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcmasının BMA-nın müəllim və tələbə heyəti ilə görüşü keçirildi + FOTO=96 ( İ. Nəriman - AZpress.AZ )

4 oktyabr 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcmasının BMA-nın müəllim və tələbə heyəti ilə görüşü keçirildi.

İlk öncə Akademiyanın rektoru, professor Fərhad Bədəlbəyli hər kəsi salamladı, düşmən tapdağı altında qalaraq dağıdılan Şuşa şəhərinin zəngin mədəniyyət ocağı olmasının gələcək nəsillərə ötürülməsini və Azərbaycançılıq idealogiyasının, mədəniyyətimizin xarici ölkələrdə usanmadan təbliğ olunmasını gənclərə tövsiyə etdi.

Sonra isə separatçı qüvvələrlə sosial şəbəkələrdən mübarizə aparan, Dağlıq Qarabağ bölgəsinin mədəniyyətini virtual aləmdə təbliğ edən həmyerlimiz Tural Gəncəliyevə söz verildi.

Azərbaycan Respublikası Dağlıq Qarabağ ərazisinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Dağlıq Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhəri ilə bağlı uşaqlıq xatirələrini bölüşdü. Daha sonra Şuşa şəhərinin memarlığının və mühüm tarixi abidələrinin erməni silahlı qüvvələri tərəfindən dağılmadan öncə və hazırkı viran qoyulmuş vəziyyətini slayd şəklində tamaşaçılara təqdim etdi. O, həmçinin müasir dövrün tələblərinə uyğun olaraq, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin sosial şəbəkələr vasitəsilə xarici ölkələrə inteqrasiya olunması və zəruriliyini vurğuladı, bu sahədə də mühüm işlər görüldüyünü vurğuladı.

Daha sonra Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Quliyev də çıxış edərək, sosial şəbəkələr vasitəsilə mədəniyyətimizin təbliğ edilməsi ideyasını dəstəklədiyini və təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirdi.

Ardınca musiqi proqramına yer verildi. Proqramda N.Əliverdibəyovun “Bayatı Şiraz” (ifa etdi Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova); Niyazinin “Rast” simfonik muğamından fraqmentlər (ifa etdi BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Zərrin Əliyeva, müşayiət etdi Arzu Səfərova); Ü.Hacıbəylinin “Sevgili canan” romans-qəzəli (ifa etdi BMA-nın məzunu, beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə, müşayiət etdi Dilarə Kərimova); “Qarabağ” şikəstəsi (ifa etdi Azərbaycan televiziyası muğam müsabiqəsinin laureatı, IV beynəlxalq müsabiqəsinin qalibi Orxan Hüseynli, tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov müşayiət etdilər) ifa olundu.

Görüş çoxsaylı qonaqlar tərəfindən xoş təəssüratlarla yekunlaşdırıldı.


Foto-müxbir: Nəriman İsmayılov  +99 451 520 30 10 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !