Adnan Oktarın aylıq qazancı hər kəsi şoka saldı -

Adnan Oktarın aylıq qazancı hər kəsi şoka saldı

Türkiyədə özünü din xadimi kimi tanıdaraq mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar məhkəməyə aylıq gəlirinin miqdarını açıqlayıb.

Adalet.az xəbər verir ki, o, peşəsinin yazıçılıq olduğunu və bu peşədən ayda 3 min TL (888 AZN) qazandığını deyib.

Oktar bildirib ki, mülk toplamaq İslam dinində haramdır. Peyğəmbər də bütün malını kasıblar üçün xərcləyib. Müsəlmanlıqda zənginlik yoxdur: "Mən 65 yaşımdayam. Malım-mülküm, pulum, heç nəyim yoxdur. Bir qəpik də yığııb saxlamamışam”.

Oktar sahibi olduğu lüks yaxtalar, villalar və A9 telekanalının ona aid olmadığını, onları varislik yolu ilə əldə etdiyini bildirib.

Haqqında casusluq, terror təşkilatına yardım etmək, öldürməyə təşəbbüs, cinsi istismar, pedofillik, şantaj kimi 22 ittiham qaldırılan Oktara 420 ildən 871 ilə qədər cəza tələb edilir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !