Səsgücləndirici ilə azan oxumaq qadağan edildi? -

Səsgücləndirici ilə azan oxumaq qadağan edildi?

Azərbaycanda məscidlərdə səsgücləndirici ilə azan oxunmasının qadağan edilməsi xəbərləri reallığı əks etdirmir.

Publika.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, baş müfti Salman Musayev deyib.

Onun sözlərinə görə, bəzi internet saytlarında çıxan xəbərin əsası yoxdur. O, bu iddianın Avropada fəaliyyət göstərən bir xəbər agentliyi tərəfindən 2007-ci ilə yayımlandığını, məsələnin yenidən gündəmə gətirildiyini bildirib.

Musayev qeyd edib ki, Azərbaycanda belə qadağa heç vaxt olmayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !