BDU THİK universitetin birinci kurs tələbələri ilə görüşlərə yekun vurub - + FOTO=4

BDU THİK universitetin birinci kurs tələbələri ilə görüşlərə yekun vurub + FOTO=4

 Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüş keçirib. 23 sentyabr-4 oktyabr tarixlərində baş tutan görüşlər universitetin bütün fakültələrini əhatə edib. Görüşlərdə Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan 5127 tələbə iştirak edib.

 

Dövlət himninin canlı ifası ilə başlayan görüşlərdə THİK sədri Nihad Allahyarlı Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək təşkilatın əsas fəaliyyəti və strukturu haqqında geniş məlumat verib. Qeyd edib ki, yenilənən BDU-THİK “Tələbənin sosial tərəfdaşı” sloqanı ilə fəaliyyət göstərir və universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, sosial problemlərinin həllində, ehtiyacı olanlara maddi yardımın göstərilməsində, dərsə davamiyyətin artırılmasında, elmi işlərə cəlb olunmalarında, istedadlı tələbələrin üzə çıxarılmasının təşkili istiqamətində fəaliyyət göstərir. N.Allahyarlı, eyni zamanda, “Erasmus”-təhsil proqramı, elmdə və ictimai işlərdə fəaliyyət göstərən həmkar aktivlərin mükafatlandırılması və yay istirahətinin səmərəli keçirilməsi üçün təşkil olunacaq kamplar, təşkilatın yeni istifadəyə veriləcək rəsmi internet saytı haqqında məlumat verib.

Görüşlərdə həmçinin İdman klubunun rəhbəri Akif Atakişiyev çıxış edərək Klubun və idmanın sağlamlığa faydasından danışıb. Daha sonra özfəaliyyət dərnəyinin rəqs, musiqi və xor bölmələri üzrə müəllimlər çıxış edərək tələbələri dərnəyə dəvət ediblər.

Bütün görüşlərdə həmkar ailəsinin fəaliyyətini əks etdirən foto və videoçarxlar nümayiş olunub, THİK üzvlüyü, maddi yardım, idarəçilik, dərnəklər, intellektual oyunlar v.s haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !