Mübariz İbrahimovun atası ürəyindən əməliyyat edildi -

Mübariz İbrahimovun atası ürəyindən əməliyyat edildi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.
Missiya.Az xəbər verir ki, o, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, atasının vəziyyəti tədricən yaxşılaşır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !