"Mahatma Qandi Azadlıq simvolu" - +FOTO=5 (Minə Türksoy - AZpress.AZ )

"Mahatma Qandi Azadlıq simvolu" +FOTO=5 (Minə Türksoy - AZpress.AZ )

 Azpress.Az xəbər saytının məlumatına əsasən bildiririk ki, Hindistanın Bakıdakı Səfirliyi 2 Oktyabr Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirimişdir. 2 Oktyabr 2018-ci il tarixindən etibarən bir il müddətində təşkil olunan silsilə tədbirlərin tərkib hissəsindən biri də Azərbaycan Dillər Universitetində təşkil etmişdi.

Milli Məclisin deputatı cənab Rüfət Quliyev, Azərbaycan Dillər Universitetinin Prorektoru Dr. Jalə Qəribova, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan-Asiya əlaqələri şöbəsinin rəhbəri cənab Bədirxan Əhmədov tədbirdə çıxış edərək Qandi ideologiyasının bugünkü dünya üçün aktuallığından bəhs etdi.

Hindistan səfiri cənab B.Vanlavavna Mahatma Qandinin 150-ci ildönümü tədbirinə ev sahibliyi etdiyi üçün Azərbaycan Dillər Universitetinə minətdarlığını bildirdi. Səfir, Qandinin qeyri-zorakılığın 5 əsas prinsipləri, hörmət, anlayış, qəbul, dəyər vermə və mərhəmət və bu prinsipləri mənimsəməyin bugünkü dünya üçün əhəmiyyətindən danışdı.

Tədbir zamanı “Mahatma Qandinin həyatına baxış” adlı katoloq buraxıldı. Və katoloqun ərsəyə gəlməsində xüsusi əməyi olan Azərbaycan Rəssamlar İttifaqının qrafika şöbəsinin rəhbəri, xalq rəssamı, professor, Arif Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvüləri sərginin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar və bir qrup ziyalılar Hindistan və Azərbaycan əlaqələrinin inkişafı üçün uğurlu işlərinə görə təşəkkür əlaməti olaraq plaketlə təltif olundular. Sonda iştirakçlar sərgi ilə tanış oldular.

 

Azpress.Az,Minə Türksoy.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !