Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı adlı layihənin icrasına başlanılıb -

“Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihənin icrasına başlanılıb

 AZpress.AZ xəbər verir ki, “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsinin icrasına başlamışdır.

Qeyd olunan layihənin məqsədi Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, bu görkəmli şəxsiyyətin irsinin gənclərə çatdırmaq, milli mədəni-mənəvi dəyərlərin təblığ etmək və ən əsası Cənab prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələrək, bu mövzunun aktuallığını nəzərə alaraq region gəncləri arasında maarifləndirmə işləri aparmaqdır. Eyni zamanda gənclərin Nəsimi irsinin öyrənilməsinə, eləcədə onun poeziyasına, ümumiyyətlə isə incəsənət və mədəniyyətə maraqlarını artırmaq üçün “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” təşkil etməkdir.

Hal-hazırda layihə çərçivəsində 18-29 yaşlı gənclər arasında müsabiqə təşkil edilmişdir. Müsabiqədə Göyçay, İsmayıllı və Qəbələ rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Qeyd olunan müsabiqədə dahi şair Nəsimiyə aid ən yaxşı rəsm portreti, şairin şerinin ən yaxşı ifa edilməsi, şair haqqında ən yaxşı reportaj (foto–video) hazırlamaq nominasiyaları üzrə seçiləcək gənclər Göyçay şəhərində Ədiblər parkında təşkil olunacaq festivala dəvət ediləcəkdir. Festivalda uğurlu nəticələr nümayiş etdirən gənclər üçün düşərgə təşkil olunacaqdır. Yaradıcı gəncləri müsabiqədə iştirak üçün 21 oktaybr tarixinə kimi aşağıda qeyd olunmuş linkə daxil olub seçim formasını doldurmağa dəvət edirik.

 

 

bit.ly/338WhW2

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !