Professor Həmid Vəliyevin kitabının təqdimatı və - 80 illik yubiley mərasimi qeyd edildi (YENİLƏNDİ)

Professor Həmid Vəliyevin kitabının təqdimatı və 80 illik yubiley mərasimi qeyd edildi (YENİLƏNDİ)

AZpress.AZ xəbər verir ki, bu gün- oktyabrın 10-u Beynəlxalq Mətbuat Mərkəzində 
Azərbaycanın və Gürcüstanın tanınmış mətbuat nümayəndələrindən biri, professor Həmid Vəliyevin  doğma Bakı Dövlət Universitetinin 100 illiyinə həsr etdiyi gözəl bir kitabın təqdimatı və Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkil etdiyi 80 illik yubileyi mərasimi ilə qeyd edildi

***

Bu gün Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanın Əməkdar jurnalisti, professor Həmid Vəliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş mərasim və yubilyarın Azərbaycan Dövlət Universitetinin 100 illiyinə həsr etdiyi "Ömür dedikləri..." kitabının təqdimatı keçirildi. Mərasimi açan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını və təbrikini yubilyara çatdırdi və ona Mətbuat Şurasının diplomunu təqdim etdi. Həmid Vəliyevə həmçinin Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi verildi. Tanınmış qələm sahibləri Nəsir Əhmədli, Tahir Aydınoğlu, Sabir Sadaxlı, Müşfiq Borçalı, Adil Cəmil, Namiq Əhmədov və başqaları çıxış edərək Həmid Vəliyevin həyat yolundan danışdılar, təqdimatı keçirilən "Ömür dedikləri..." kitabını yüksək dəyərləndirdilər. Axırda Həmid Vəliyev çıxış edərək Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirdi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !