İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 GÜLƏŞ

Azərbaycan yığmasında türkiyəli məşqçini rusiyalı əvəzləyib
Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) qurumun növbədənkənar toplantısı olub. AGF-nın prezidenti səlahiyyətlərini icra edən Namiq Əliyev, Baş Katib Orxan Məmmədov, vitse-prezident Elçin Cəfərov və təşkilatın idman şöbəsinin rəhbəri Yaqub Məmmədoun iştirak etdiyi həmin toplantıda əsasən yunan-Roma güləşi üzrə yığmamızın ötən ayın sonunda Nur-Sultanda (Qazaxıstan) keçirilən dünya çempionatındakı zəif çıxışı müzakirə edilib. Namiq Əliyev bildirib ki, komanda mundialda çox zəif çıxış etdiyi üçün komandanın məşqçilər korpusunda dəyişiklik etməyə ehtiyac var. Belə də olub. Biri qızıl və digəri bürünc əyarlı olmaqla qazanılan iki medal istisna olmaqla, bir dənə də olsun Olimpiya lisenziyası qazana bilməyən yunan-Roma yığmamızda türkiyəli mütəxəssis Şaban Donatı Rusiyadan olan 61 yaşlı tanınmış məşqçi Aleksandr Tarakanov əvəzləyib. Ona Olimpiya, dünya və Avropa çempionu adını daşıyan öz həmyerlisi Aleksey Mişin, eləcə də azərbaycanlı mütəxəssislər Rövşən Bayramovla Akif Əliyev kömək edəcək. Bu arada Emin Əhmədovla Turac Hüseynliyə isə gənclər komandasını çalışdırmaq tapşırılıb. Toplantının sonunda Namiq Əliyev Tokio Olimpiadasına cəmi 10 ay qaldığını və bu qısa zaman çərçivəsində Tarakanovun qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib. Yeri gəlmişkən, Tarakanov Aleksey Mişin və Renat Bikkininin şəxsi məşqçisi olub.

 

 

Pəhləvanlarimiz Millətlər Kubokunda yarışacaqlar

11-13 oktyabr günlərində Maxaçkalanın (Rusiya) Xasavyurd şəhərində sərbəst güləş üzrə ənənəvi Millətlər Kuboku yarışı keçiriləcək. Turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparacaqlar. Əsası gənclərdən təşkil edilən yığmamızın heyətində Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) cəmləşib. Daha üç həmyerlimiz – Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmədovsa bəlli turnirdə ölkəmizi referi qismində təmsil edəcək.

 

 

FUTAZAL

“Araz” ÇL-nın elit raunduna məğlubiyyətlə başlayıb
Dünən futzal üzrə UEFA Çempionlar Liqasının elit raunduna start verilib. Ölkəmizi bəlli turnirdə təmsil edən “Araz” (Naxçıvan) klubu Belçikada ilk matçını ev sahibi olan “Halle-Qooik”ə qarşı keçirib. Çempionumuz start maçında böyük hesablı məğlubiyyətlə üzləşib. Öz qapısından 5 top buraxan “Araz” bu qollara yalnız Xətai Bağırovun vurduğu yeganə qolla cavab verə bilib.
Qrupda keçirilən digər oyunda isə Portuqaliya çempionu “Benfika” “Xerson”la (Ukrayna) sülh bağlayıb – 1:1.
Braziliyalı mütəxəssis Joze Alessionun başçılıq etdiyi “Ara” növbəti matçını portogezlərə qarşı keçirəcək.

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !