Məlahət İbrahimqızı: - Azərbaycan qadınları Qarabağ Azərbaycandır hərəkatının önündə gedəcək

Məlahət İbrahimqızı: “Azərbaycan qadınları “Qarabağ Azərbaycandır” hərəkatının önündə gedəcək”

 “Gültəkin Əsgərova, Salatın Əsgərova kimi qəhrəman qızlar böyütmüş Azərbaycan qadınları, Azərbaycan anaları “Qarabağ Azərbaycandır” hərəkatının önündə gedəcək”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

“Nida əminlikdir, hədədir, gücdür”


O bildirib ki, bugünlərdə Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev tarixi çıxış edib:


“Bildiyiniz kimi bir neçə müddət idi ki, Ermənistan dövlətinin Baş naziri Paşinyan işğal altındakı Qarabağa gedərkən belə bir ifadə işlətmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. İşğalçı dövlətin əsassız ifadə işlətməsi onu labirintə saldı. Cənab Prezident işğalçı dövlətin Baş nazirinin etmiş olduğu çıxışı cümləbəcümlə, sözbəsöz ifşa etdi. Qondarma dövlətin baş naziri bilmir ki, nöqtədən sonra nida gəlir. Hansı ki, nida əminlikdir, hədədir, gücdür. Plenar sessiyada möhtərəm Prezidentimiz Qarabağın 25 ildən artıq müddətdə işğal altında olması, beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğal olunmasını, ərazi bütövlüyünün pozulmasını tanıyaraq bugünədək beynəlxalq təşkilatların susqunluq göstərməsini çox açıq şəkildə qətiyyətlə səsləndirdi. O bildirdi ki, qətnamələrin yerinə yetirilməməsi bizi çox narahat edir. Bu təşkilatların qəbul etdikləri sənədlər bəzən bir neçə gün ərzində yerinə yetirilir və hərbi əməliyyatların həyata keçirilməsinə ehtiyac qalmır. Azərbaycanla bağlı məsələdə isə qətnamələr kağız üzərində qalmaqdadır”.


"“Qarabağ Azərbaycandır” deməsinin çox mənaları var”


Xanım parlamentari qeyd edib ki, Prezident ATƏT-in Minsk qrupu həmsədrlərinin də fəaliyyətinin ikili standarlardan ibarət olduğunu Rusiya ərazisində səsləndirib:

“İşğalçı Ermənistanın baş nazirinin son zamanlar tez-tez münaqişənin həllində “Dağlıq Qarabağ xalqı” ifadəsi işlətməsinə də kəskin münasibət bildirən Prezident “Dağlıq Qarabağ xalqı”deyilən məfhumun mövcud olmadığını və “Dağlıq Qarabağın əhalisi” olduğunu, orada yaşayan xalqların da bərabər hüquqlara malik olmasını qətiyyətlə ifadə etdi. Möhtərəm Prezidentimizin bu cəsarətli və tarixi çıxışı Azərbaycanda 2016-cı il Aprel döyüşlərindəki əhval -ruhiyyəni yaradıb. Bu gün ictimaiyyət yaşından, vəzifəsindən cinsindən asılı olmayaraq sanki, Ali Baş Komandanın əmrini gözləyir... Əslində Prezidentimizin bu qətiyyətli çıxışı və nida ilə “Qarabağ Azərbaycandır” deməsinin çox mənaları var. Bu həm beynəlxalq təşkilatlara Azərbaycan xalqının səbrinin tükənməsi, danışıqlar prosesinin tükəndiyi, həm də ATƏT-in həmsədrlik institutunun iflası deməkdir. Bu xalqımızın səfərbər olunmağın vaxtının çatdığını ifadə edən fikirlərdir”.


“7-dən 77-yə kimi hər kəs bu hərəkata qoşulmalıdır”


Məlahət İbrahimqızının sözlərinə görə, haqq-ədalət, beynəlxalq hüquq xalqımızın tərəfində olduğu halda beynəlxalq təşkilatların susqunluğu qəbul edilməzdir:


“Bu gün ermənilər uydurduğu yalanla dünya ictimaiyyətində çaşqınlıq yaratmaqla yanaşı, həm də bu yalan ətrafında bir şəbəkə yaradıblar. Bu mənada hörmətli Baş nazirin müavini Əli Əhmədov “Qarabağ hərəkatı”nın yaranmasının və bütün xalqın bu hərəkata qoşulmasının zəruri olması fikirlərini səsləndirib.
Hesab edirəm ki, bu gün 7-dən 77-yə hər kəs bu hərəkata qoşulmalıdır. Düşünürəm ki, Azərbaycan anaları, qadınlarımız bu hərəkatın öncüllərindən olacaq. Qarabağ müharibəsinin ağrı və acısını ən çox çəkən biz Azərbaycan qadınları, bu hərəkatın yol xəritəsində olan varış nöqtəsini. Şuşa, Xankəndi... olmasını çox yaxşı bilir”.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !