Həmyerlimiz Tofiq Musayev Yaponiyanın Rizin liqasında növbəti döyüşünü qələbə ilə başa vurub - (+FOTO=29)

Həmyerlimiz Tofiq Musayev Yaponiyanın Rizin liqasında növbəti döyüşünü qələbə ilə başa vurub (+FOTO=29)

 Avropa.info xəbər verir ki, Tofiq Musayevin növbəti rəqibi UFC liqasının tanınmış idmançılarından olan Damien Brown olub.

Tofiq Musayevin oktyabr ayının 12-sində Yaponiyada baş tutan döyüşü 6 dəqiqə davam edib. Rizin turnirində üçüncü qələbəsini həyata keçirən T. Musayev bununla da turnirdəki məğlubiyyətsizlik titulunu qoruyub saxlaya bilərək yarım finala vəsiqə qazanıb.

Qeyd edək ki, Tofiq Musayev bundan öncə Daron Krikşenklə qarşılaşmışdı. Tofiq Musayev bu günə qədər keçirdiyi 16 döyüşdən sadəcə 3-ündə ringdən məğlub kimi ayrılıb. Bu döyüş Tofiq Musayevin arxa-arxasınca qalib ayrıldığı 12-ci döyüşdür.

O bundan əvvəl də Asiyanın məşhur MMA döyüşçüsü Nobumitsu Taysonla qarşılaşmış və rinqdən qalib kimi ayrılmışdı. T. Musayev MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !