Professor İlham Rəhimlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. -

Professor İlham Rəhimlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

 AZpress.AZ xəbər verir ki, 15 Oktyabr Saat 14:00 Yer BMM –in Dəyirmi zalı
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə professor İlham
Rəhimlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

**********************

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, teatrşünas İlham Rəhimlinin 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasimi Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə açmış, İlham Rəhimlinin yaradıcılıq yolundan danışmış, yubilyara və qonaqlara Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını çatdırmışdır. İlham Rəhimliyə Azərbaycan Mətbuat Şurasının fəxri diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olunmuşdur. Mərasim iştirakçılarından Azərpaşa Nemət, Şeyx Əbdül Mahmudov, Əhməd İsayev, Əli Əmirli, Nurəddin Mehdixanlı, Səadət Qarabağlı, Rafiq Həsənov, Atababa İsmayıloğlu, Aybəniz Məmmədəliyeva, Kamil Məhərrəmoğlu, Zöhrə Əliyeva, Tahir Aydınoğlu və başqaları çıxış edərək yubilyarın çoxşaxəli yaradıcılıq uğurlarından danışmışdır. İlham Rəhimli göstərdikləri qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !