AZƏRBAYCAN KƏND QADINLARI ASSOSİASİYASI - Ümumdünya Kənd Qadınları Gününü Ağcabədidə qeyd etdi

AZƏRBAYCAN KƏND QADINLARI ASSOSİASİYASI Ümumdünya Kənd Qadınları Gününü Ağcabədidə qeyd etdi

>>> Tam FOTO-reportaj: >>>  http://www.azpress.az/index.php?lang=az&sectionid=news&id=91965

***

15 Oktyabr Ümumdünya Kənd Qadınları Günü Ağcabədidə qeyd edildi. Tədbirin təşkilatçısı Azərbaycan Kənd Qadınları Assosiasiyası 14 rayonda fəaliyyət göstərən 32 Qadın İnkişaf və Müəssisə Qrupunun nümayəndələrini bu günü qeyd etmək üçün bir araya gətirdi. Assosiasiya kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək göstərmək məqsədi ilə Noyabr 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsinin “Kənd Qadınlarının İqtisadi Səlahiyyətlənməsi” komponenti əsasında yaradılıb və dövlət qeydiyyatına alınıb.
Assosiasiya Azərbaycanda Qadın İnkişaf və Müəssisə Qruplarının milli şəbəkəsidir və kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınları təmsil edən bir təşkilat rolunu oynayır. Hal – hazırda İsmayıllı, Balakən, Zaqatala, Ağcabədi, Ağdam, Goramboy, Bərdə, İmişli, Lənkəran, Masallı, Neftçala, Beyləqan, Saatlı və Sabirabad rayonları olmaqla 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupları fəaliyyət göstərməkdədir. Bu qruplar fəaliyyətin ilk mərhələsində öz vəsaitləri hesabına mikro/kiçik müəssisələr yaratmışlar və yeni qrup və müəssislərin yaradılması prosesi davam edir. Qrup sahibkarlığı modeli eyni vaxtda xeyli qadının işlə təmin olunmasına şərait yaradır. Kənd qadınları yaratdığı müəssisələrdə bizneslərin həcmini böyütdükcə kənddəki digər işsiz qadınları da işlə təmin edirlər.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının yaradılması assosiasiyanın öz təlim almış icma səfərbərçiləri vasitəsilə hazırkı qrupların gücləndirilməsi və yeni qrupların səfərbər edilməsini öz üzərinə götürməklə modelin davam etdirilməsinə kömək edir. Qadın İnkişaf və Müəssisə Qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə regional və ölkə səviyyəsində şəbəkələşəcək. Bu, onlara öz bizneslərinin həcmini və miqyasını genişləndirməyə imkan verir. Hal-hazırda assosiasiyanın üzvü olan 38 Qadın İnkişaf və Müıssisə Qrupları toplam olaraq 108 təsərrüfat, qeyri-təsərrüfat və təsərrüfatdan kənar kiçik biznesləri idarə etməklə 462 kənd qadınını işlə təmin etmişdir.
Beynəlxalq təcrübədə sınanmış Qadın Özünə-kömək Qrupu modeli MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq olunmuş və kənd qadınlarının həyatına uğurlu yenilik gətirmişdir.

***

BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Qulam İzaçzay tərəfindən Beynəlxalq Kənd Qadınları Günü-nə həsr edilmiş tədbirin iştirakçılarına ünvanlanan müraciət
Hörmətli Gülbəniz Qənbərova,
Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri
Xanımlar və Cənablar,


2008-ci ildən etibarən qeyd edilən Beynəlxalq Kənd Qadınları Günü ilə əlaqədar müraciətimi sizə bildirməkdən böyük məmnunluq duyuram. Ali Məclisin 18 dekabr 2007-ci il 62/136 qətnaməsinə əsasən təsis edilmiş bu gün, “kənd təsərrüfatı və kənd həyatının inkişafının artırılmasında, ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsində və kənd yoxsulluğunun aradan qaldırılmasında” yerli qadınlar da daxil olmaqla kənd qadınlarının mühüm rolunu və verdikləri dəyərli töhfələri tanıyır.
Həqiqətən də hamı üçün sağlam planetimizdə firavan, ədalətli və dinc gələcək qurmaq üçün kənd qadınlarının və qızlarının təsiri çox mühümdür.
Gender bərabərliyinə nail olmaq, hər kəsi layiqli işlə təmin edə bilmək, aclıq ilə yoxsulluğu aradan qaldırmaq və lazımi iqlim ehtiyat tədbirlərini həyata keçirmək üçün buna ehtiyac vardır.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı da bu ölkənin kənd qadınlarının peşəkarlıqla irəliləməsini dəstəkləyir və onlara öz biznes fikirlərini həyata keçirmələri üçün yardımçı olur.
Azərbaycanda BMTİP tərəfindən dəstəklənən Qadın Resurs Mərkəzləri də kənd ərazilərində qadınların öz şəxsi bizneslərini yaratmaqlarına yardımçı olmaq məqsədilə qadınları lazımi alət və vəsaitlərlə təchiz edərək məhz buna nail olmağa çalışırlar.
2011-ci ildə fəaliyyətə başladıqları andan etibarən Qadın Resurs Mərkəzləri fiziki bacarıqlar və zehni bacarıqlar çərçivəsində mühasibatlıq və maliyyə savadından, kompyuter elmindən, büdcənın artırılması tədbirlərindən və qadınların insani və iqtisadi hüquqlarından tutmuş tərcümeyi hal yazma, təqdimat bacarıqları və şəbəkələşməyə qədər pulsuz təlimlərlə 6,000-dən çox qadının bacarıqlarını artırmışdır.
Qadın İnkişaf və Müəssisə Qruplarının milli şəbəkəsi olan Azərbaycan Kənd Qadınları Assosiasiyasının bir ildən az müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq Azərbaycanın 14 müxtəlif rayonlarından 460 fəal kənd qadınını bir araya gətirməyi bacardığını eşidərkən çox sevindim.
Bu cür təşkilatlar qadınlara görüşmək, şəbəkələşmək, fikirlərini bölüşmək, əməkdaşlıq aramaq, sərmayə cəlb etmək və etibar qazanmaq üçün məkanlar təqdim edir. Bu cür məkanlar, xüsusilə kəndlərdə və ucqar yerlərdə qadınların öz hüquqları barədə daha çox məlumat almalarına, daxillərində gizli qalmış potensialı aşkar etmələrinə və bir vaxtlar öhdəsindən gəlinməsi mümkünsüz kimi görünən maneələri dəf etmələrinə yardım etməkdə aparıcı rol oynaya bilər.
Mən sizi Beynəlxalq Kənd Qadınları Günü münasibətilə təbrik edirəm və sizə fəaliyyətinizdə və yeni təşəbbüslərinizdə ən yüksək uğurlar diləyirəm.
Təşəkkürlər!
 

 ***

Message by Ghulam M. Isaczai, UN Resident Coordinator in Azerbaijan, to participants of the event dedicated to International Rural Women Day 

Dear Gulbaniz Ganbarova, Chairperson of Azerbaijan Rural Women’s Association, 

Ladies and Gentlemen, 

I am pleased to convey my message to you on International Rural Women Day, which is observed since 2008. 

This Day, established by the General Assembly in its resolution 62/136 of 18 December 2007, recognizes “the critical role and contribution of rural women, including indigenous women, in enhancing agricultural and rural development, improving food security and eradicating rural poverty.” 

Indeed, the empowerment of rural women and girls is essential to building a prosperous, equitable and peaceful future for all on a healthy planet. 

It is needed for achieving gender equality, ensuring decent work for all, eradicating poverty and hunger and taking climate action. 

The United Nations in Azerbaijan also supports rural women in this country to help them grow professionally and realize their business ideas. 

The Women’s Resource Centres in Azerbaijan, supported by UNDP, are doing precisely this, equipping women in rural areas with tools and resources to help them launch their own businesses. 

Since their launch in 2011, the Women Resource Centres have provided more than 6,000 women with free training courses on a range of hard and soft skills – from accounting and financial literacy, computer science, fundraising, and women’s human and economic rights, to resumé writing, presentation skills and networking. 

I am happy to hear that the Azerbaijani Rural Women’s Association, a national network of Women Development and Enterprise Groups, in less than a one-year-existence managed to bring together 460 active rural women from 14 districts of Azerbaijan 

Such organisations give women spaces to meet, network, exchange ideas, forge partnerships, attract capital and gain confidence. In rural and remote areas especially, such spaces can be instrumental in helping women to learn more about their rights, discover untapped potential, and overcome obstacles that once seemed insurmountable. 

I congratulate you on International Rural Women Day and wish you the best of luck in your activities and new initiatives. 

 

Thank you! 


***


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın

Ümumdünya Kənd Qadınları Günümünasibəti ilə təbriki

Kənd təsərrüfatı sahəsində təmsil olunan bütün qadınlarımızı Ümumdünya Kənd Qadınları Günümünasibəti ilə səmimi qəlbdən təbrik edir, səmərəli və işgüzar fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm.

Bu əlamətdar günün qeyd olunması kənd təsərrüfatı sahəsində çalışan qadınlara verilən xüsusi dəyərin mühüm göstəricisidir. Bacarıqları və yorulmaz fəaliyyətləri ilə seçilən, yüksək potensiala malik olan kənd qadınları aclıq, qeyri-kafi qidalanma və yoxsulluq kimi problemlərin aradan qaldırılması,ərzaq təhlükəsizliyi və sağlam qidalanmanın təmin edilməsi, torpaq və təbii sərvətlərin idarə olunması istiqamətində gördükləri əhəmiyyətli işlərlə cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Kənd-ev təsərrüfatlarının və icmaların davamlılığının təmin edilməsində, kənd həyatının yaxşılaşdırılmasında və ümumi rifahda gender bərabərliyinin təmin olunması mütləqdir və qadınların oynadığı vacib rol danılmazdır.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sahibkarlıq istiqamətində də qadınlarımız aktivlik nümayiş etdirirlər. Azərbaycanda qadın sahibkarların sayının ildən-ilə artması onların biznes faəliyyətlərini həyata keçirmələri üçün hökumət tərəfindən yaradılan mühüm şəraitin göstəricisi, eləcə də qadınlarımızın öz bizneslərini qurmaqda nə qədər həvəsli olmasının nəticəsidir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada yaradılmış imkanlar, sosial infrastrukturun inkişafı, yeni texno və sənaye parklarının fəaliyyəti qadınlarımızın işgüzar fəaliyyətinin genişləndirilməsi üçün stimuldur. Xüsusən də aqrar sahədə qadınların artan təmsilçiliyi onu deməyə əsas verir ki, qadınlarımız olduqca aktivdir, öz bacarıq və qabiliyyətləri ilə seçilərək həm də biznes sahəsində şəbəkələşməyə meyl göstərir, maariflənmə prosesinə də töhfələrini verirlər. 

Qeyd etməliyəm ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası qısa zaman kəsiyində bu sahədə fəaliyyət göstərən yüzlərlə qadının rəğbətini qazanmış və öz vacib xidmətləri ilə ictimaiyyət arasında tanınmışdır. Qadın həmrəyliyinin gözəl nümunəsi olan assosiasiya iqtisadi baxımdan nailiyyətlər əldə etmək istiqamətində qadınlara, eyni zamanda onların ailələrinə bizneslərini qurmaq, eləcə də inkişaf etdirmək, qadın məşğulluğunun artması baxımından dəstək verməklə mühüm fəaliyyət həyata keçirir.Qadınların öz təcrübələrini bir-biri ilə bölüşməsi və əlaqə yaratmaları üçün onların vahid bir platformada birləşməsi olduqca əhəmiyyət kəsb edir.

Hörmətli xanımlar, Sizi bir daha bu gün münasibətilə səmimi qəlbdən təbrik edir, səmərəli və işgüzar faəliyyətinizin davamlı olmasının arzu edirəm.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !