BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib - (+FOTO=3)

BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetində Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti, professor Darxan Kıdırəli ilə universitetin müəllim və tələbə heyətinin görüşü keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək qonağı salamlayıb, qardaş türk xalqlarının birliyi yolunda elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrini gücləndirməyin vacibliyini vurğulayıb.

Həyata keçirilən layihələrin ortaq tarix düşüncəsinin formalaşdırılmasına xidmət etdiyini qeyd edən rektor akademiyanın türk elminin, tarixinin araşdırılmasında apardığı tədqiqatları yüksək qiymətləndirib.

Professor Darxan Kıdıralı prezidenti olduğu Beynəlxalq Türk Akademiyası barədə geniş məlumat verib, bu günə qədər görülən işlər, keçirilən beynəlxalq konfranslar, ekspedisiyalar haqqında danışıb. O, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin türk dünyası irsinin və elminin tədqiqində böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

Tədbirdə Yusub Balasaqunun Kudadqu Bilik əsərinin 950 illik yubileyi münasibəti ilə beynəlxalq konfrasın keçiriləcəyiməlum olub.

Görüş təhsil sahəsində əməkdaşlıq perspektivləri, türk dünyası ilə bağlı elmi-mədəni və təhsil məsələləri ətrafında müzakirələrin aparılması və tədbir iştirakçılarının suallarının cavablandırılması ilə başa çatıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !