Fond gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələrini elan edir -

Fond gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələrini elan edir

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 14 iyul – 23 avqust 2019-cu il tarixlərində 13-cü qrant müsabiqəsini keçirmişdir.
Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 161 layihənin dəstəklənməsi məqsədə uyğun hesab edilmişdir. 13-cü qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun web saytında keçid vasitəsi ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənc Fondun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin electron şəkildə razılaşdırılmasını həyata keçirəbilər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektronsistemə daxil olaraq Xidmətlər bölməsindən istifadə edərək Müqavilə pəncərəsinə keçid edilməlidir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !