Professor Yusif Babanlı: - Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

Professor Yusif Babanlı: Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

AZpress.AZ  professor Yusif Babanlının yazdığı məqaləni oxuculara təqdim edir:

 

 Hər bir xalqın, millətin varlığı, onun gələcək inkişafı bilavasitə olaraq yetişən, formalaşan gəncliyi ilə bağlıdır. Sağlam əqidəyə malik olmaq, sağlam düşüncə ilə bağlıdır. Bütün bunların da bünövrəsində də fiziki və mənəvi cəhətdən sağlam tərbiyyə olunan gənclərimiz durur. Bildiyimiz kimi, Azərbaycanın inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, beynəlxalq aləmdə böyük nüfuz qazanmasında gənclərin rolu danılmazdır. Dövlətin inkişaf tarixinə nəzər salsaq görərik ki, onun hər bir asan və çətin mərhələsində gənclərimizin özünə məxsus rolu olmuşdur. Sözsüz ki, bütün bunlar dövlətin gənclərə göstərdiyi yüksək diqqət və qayğısından bəhrələnərək uğurlu gənclər siyasətinin formalaşması ilə bağlıdır. Əsasən müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövürlərdə zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu öndər gənclərin cəmiyyətdə önəmli rolunu vurğulayaraq gözəl fikirlər söyləmişdir: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…

Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Ümummilli lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ölkədə aparılan demokratik islahatlara və gənclərin hüquqlarının qorunmasına həmişə yüksək diqqət göstərmişdir. Bütün sahələrdə sistemli və uğurlu islahatlar aparan dövlət başçısı bu proseslərdə gənclərin roluna üstünlük verir. Müxtəlif qurumlarda, dövlət idarələrində, iqtisadi və siyasi sektorlarda gənclərin idarəçiliyinə üstünlük verməklə yanaşı onların fəal iştirakını da təmin edir. Son zamanlar ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellektə malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb. Gənclər cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla yanaşı, eyni zamanda daima axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gündə dövlətin idarəçiliyində yeni və müasir düşüncəli gənclərin irəli çəkilməsi alqışlanası və qürurduyulası bir haldır. Son günlərdə dövlət başçısının keçirdiyi iclaslarda islahatlar aparmaq, yeni və müasir kadrlarları işə cəlb etmək tapşırığı da bir daha Prezidentin gənclərə göstərdiyi yüksək diqqəti və etimadı idi. Bu tapşırıq cəmiyyətdə müsbət qarşılanmaqla yanaşı gənc qüvvələr üçün bir növ stimul oldu. Biz də öz növbəmizdə Cənab Prezident İlham Əliyevin və I Vitse Prezident Mehriban xanım Əliyevanın yürütdüyü uğurlu gənclər siyasətini bütün qüvvəmizlə dəstəkləyirik və ölkə başçısının bu tapşırığına məmurların və aidiyyatı qurumların əməl edəcəyinə inanırıq.

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !