"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin növbəti mərhələsinə start verilib -

"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin növbəti mərhələsinə start verilib

 AZpress.AZ xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi münasibətilə Azərbaycanda təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin adlarla bağlı təkliflərin qəbulu mərhələsi başa çatıb.

Ölkəmizdə böyük marağa səbəb olan müsabiqənin son qeydiyyat tarixinədək iştirakçılar tərəfindən tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və s. kimi müxtəlif səpkili mövzuları əhatə edən mindən çox adlarla bağlı təklif qeydə alınıb.

"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsi üzrə Milli Komitənin sədri Namiq Cəlilov qeyd edib ki, artıq təkliflərin qəbulu dayandırılıb. Oktyabr ayının 25-dək bütün təkliflər dəyərləndirilərək, onların arasından 10 ən yaxşı təklif ictimaiyyətin açıq səsverməsi üçün təqdim olunacaq. Yekunda ictimaiyyət tərəfindən seçilmiş 3 təklif, baxılması üçün "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin təşəbbüskarı olan Beynəlxalq Astronomiya İttifaqına göndəriləcək. Beynəlxalq Astronomiya İttifaqının BAİ100 Ekzoplanetləri adlandırın İdarə Heyyətinin yekun qiymətləndirməsindən sonra 2019-cu ilin dekabrında nəticələr elan ediləcək.

Qeyd: Səsvermə mərhələsi zamanı BAİ-nin Azərbaycan üzrə Astronomiya Əlaqələndirmə İdarəsinin saytında ictimaiyyətin online səs verməsi üçün keçid təqdim ediləcəkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !