Azadlıq carçısı Mahatma Qandi ADA Universitetində anıldı! - +FOTO=7 (Minə Türksoy - AZpress.AZ)

Azadlıq carçısı Mahatma Qandi ADA Universitetində anıldı! +FOTO=7 (Minə Türksoy - AZpress.AZ)

 Azpress.Az saytının məlumatına əsasən bildiririk ki, ötən günlərdə ADA Universitetində Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Hindistanın Azərbaycandakı səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna, ADA Universitetin prorektoru Fariz İsmayılzadə, səfirliyin nümayəndəsi Suyeş Çandra Sinha görkəmli şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışıblar.

Qeyd edək ki, , Mahatma Qandi Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndəsi olub. Onun fəlsəfəsinin əsasını zorakılıqla mübarizə və sülhün təbliği təşkil edib. Mahatma Qandi bütün dinlərin bərabər olduğuna inanıb, Cənubi Afrikada hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər mübarizə aparıb.

Afrikadan Hindistana qayıtdıqdan sonra yoxsul əkinçiləri və fəhlələri ağır vergi siyasətinə və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq və toxunulmazlıq ayrı-seçkiliyinə son qoyulması, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində mühüm işlər görüb. Mahatma inkişafına çalışdığı üçün onun irsi həm də dünya xalqlarına aiddir.

Nəzərinizə çatdıraq ki i, Hindistan milli-azadlıq mübarizəsinin lideri Mahatma Qandi özündən sonra gələn nəsillər üçün böyük ideya məktəbini miras qoyub. Onun irsinin öyrənilməsi tələbələr üçün nəinki Hindistan tarixinin, eləcə də dünyada gedən siyasi proseslərin, azadlıq və müstəqillik ideologiyasının qlobal inkişaf dinamikasının mənimsənilməsi baxımından olduqca vacibdir.

Sonra Mahatma Qandinin həyat və yaradıcılığı ilə bağlı təqdimatlar və Sərgi tamaşaçılarda geniş marağa səbəb oldu. Xatırladaq ki Mahatma Qandinin həyat və yaradıcılığı ilə bağlı silsilə sərgilərin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqının üzvləri, sərgi-tədbir təşkilatçəları Elnurə və Aygün İsgəndərovalardı.

 

Azpress.Az,Minə Türksoy.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !