İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)


ŞAHMAT

Durardəyli erməni Danilyanı mat qoyub.

Mükafat fondu 400 min dollar təşkil etməklə Men adasında İsveçrə sistemi üzrə keçirilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan “Grand Swiss” beynəlxalq şahmat turniri davam edir. Qeyd edək ki, Azərbaycan şahmatçıları – Rauf Məmmədov, Nicat Abbasov, Eltac Səfərli və Vasif Durarbəyli də daxil olmaqla 154 zəka sahibinin mübarizə aoardığı bəlli turnirdə 8-ci tura yekun vurulub. Hesabat turu şahmatçılarıməzdan yalnız Durarbəyli üçün uğurlu olub. O, erməni Elina Danilyanla qarşılaşmadan qalib ayrılıb. Qalan üçlüyümüz isə turu sülh şəraitində bitirib.

Geridə qalan 8 turdan sonra hərəyə 4,5 xal toplayan Abbasovla Məmmədov müvafiq olaraq, 33 və 37-ci, Səfərli ilə Durarbəyli isə 4 xalla 77 və 90-cı yerləri tutur. Turnirə hərəyə 6 xal toplayan ABŞ təmsilçisi Fabiano Karuana, ispaniyalı David Anton və erməni Levon Aronyan şərilki liderlik edir. Turnirdə iştirak edən hazırki dünya çempionu Maqnus Karlsen (Norveç) isə 5,5 xalla 4-13-cü yerləri bölüşür. Turnirə oktyabrın 21-də 11-ci turla yekun vurulacaq. Birinci yeri tutan iddiaçılar turnirinə vəsiqə qazanacaq. Qalib həm də 70 min dollar mükafat əldə edəcək.

 

***


CÜDO

Gənc cüdoçularımız dünya birinciliyində 2 medal qazanıblar.
Gənc cüdoçuların Mərakeşdə keçirilən dünya birinciliyi bu gün başa çatıb. 4 gün davam edən həmin yarışda Azərbaycan yığması biri gümüş, digərisə bürünc əyarlı olmaqla 2 medal qazanıb. “Ggümüş” yalnız finalda uduzmaqla çıxışını 2-ci pillədə başa vuran Əhməd Yusifovun (60 kq), bürünc medal isə İbrahim Əliyevin (66 kq) payına düşüb.

 

 

***


AĞIRLIQQALDIRMA

9 atletimiz Buxarstdə güc nümayiş etdirəcək.
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23 yaşlı idmançılar arasında ağır atletika üzrə növbəti Avropa birinciliyi start götürüb. Oktyabrın 27-dək davam edəcək bu yarışda Azərbaycan 9 atletlə təmsil olunacaq. Ümumilikdə sözüdeən yarışda planetin 41 ölkəsindən 488 idmançı mübarizə aparacaq. Qeyd edək ki, turnir Tokio-2020-ya lisenziya xarakteri daşıyır. AAAF-dan (Azərbaycan Ağır Atletika Fedrasiyası) verilən məlumata görə, 20 yaşlılar arasinda həmyerlilərimizdən Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq) və zərif cinsdən olan Səbinə Əzimova (55 kq), 23 yaşlıların yarışında isə Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq) və Mərziyə Məhərrəmova (49 kq) güc nümayiş etdirəcək.

Atletlərimizdən ilk olaraq Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxacaq. A qrupunda yer alan Mərziyə saat 18:00-da ilk cəhdini edəcək.

 

***


VOLEYBOL

Ölkə başçısı Faiq Qarayevi mükafatlandırıb.
Azərbaycanın voleybol üzrə tanınmış mütəxəssisi, AVF-nın (Azərbaycan Voleybol Federasiyasının) vitse-prezidenti Faiq Qarayev ölkə başçısı İlham Əliyev tərəfindən mükafatlandırılıb. O, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə 2 ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Xatırladaq ki, Faiq Qarayev 1997-ci ildə məhz İlham Əliyevin çağırışı ilə Türkiyədən vətənə dönəndən sonra Azərbaycan voleybolunda müsbət istiqamətdə dönüş yarandı. Onun rəhbərliyi altında ölkə voleybolunun flaqmanı sayılan “Azərreyl” qadın voleybol klubu Avropada tarix yazdı. Qadın voleybol yığmamız isə dəfələrlə dünya və Avropa çempionatlarının iştirakçısı oldu. 7 dəfə qitə çempionatına qatılan yığmamız iki dəfə bu çempionatda 4-cü olmaqla çıxışını medalın bir addımlığında başa vurub. Voleybolçularımızı qarşıda daha böyük bir sınaq – Hollandiyada keçirilməsi nəzrdə tutulan Avropa Olimpiya təsnifatlı turnir gözləyir.
 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !