"Xalq sığorta" aktrisadan 190 manatı niyə istəyir? - Şübhəli məqamlar (+FOTO=8)

"Xalq sığorta" aktrisadan 190 manatı niyə istəyir? Şübhəli məqamlar (+FOTO=8)

 Bakı Bələdiyyə Teatrının aktrisası Günel Həmidova "Xalq sığorta" şirkəti tərəfindən aldadıldığını deyir. Aktrisa başına gələn hadisəni Avtosfer.az saytına danışıb.

Bildirilib ki, iyunun 14-də idarə etdiyi 90-UZ-699 qeydiyyat nişanlı "Hyundai Santafee" markalı avtomobillə paytaxtın "Neftçilər" küçəsində hərəkətdə olarkən, yolun hərəkət hissəsində dayanma-durma qaydasını pozaraq yolu kəsən 90-SN-074 qeydiyyat nişanlı "BMW X5" markalı avtomobillə qarşılaşıb. O, həmin dayanmış avtomobili keçmək istəyən zaman qarşıdan avtobus gəlib və avtobusla toqquşmamaq üçün azca sağ tərəfə manevr edib. Bu zaman dayanma-durma qaydasını pozan "BMV X5" markalı avtomobilin güzgüsünə dəyib. Qəza çox yüngül olduğu üçün "BMW"-nin güzgüsünə demək olar ki heç nə olmayıb. Sadəcə güzgü, bərkidilən karkas hissəsindən aralanıb.

 

 

"Təxminən 15-20 dəqiqə mənimlə mübahisə etdikdən sonra hadisə yerinə yol polisinin çağrılmasını istədim. Lakin qarşı tərəf tərəddüd edərək vaxtı uzatdı."

Aktrisa dövlət əhəmiyyətli tədbirə gecikdiyi üçün qarşı tərəfə telefon nömrəsini verib və hadisə yerindən gedib. Qarşı tərəf aktrisa getdikdən sonra DİN-in 102 qaynar xəttinə zəng edərək Günel Həmidovanın hadisə yerindən yayındığınə bildirib.

Sonradan hər iki sürücü Dövlət Yol Polisi şöbəsinə dəvət olunaraq izahatları alınıb. Bu zaman aktrisaya hadisə yerindən yayındığına görə 4 bal 100 manat cərimə yazılıb. O, qeyd edir ki, izahtlar alınan zaman "BMW"-nin güzgüsü düzəlmiş vəziyyətdə idi.

 

 

Aktrisa Günel Həmidova bildirir ki, bir neçə neçə aydan sonra "Xalq Sığorta" şirkətindən ona zəng edərək qarşı tərəfə dəymiş 190 manatı ödəməyi tələb ediblər. Sığorta şirkətinə 190 manat nəyə gör ödənildiyi sualı verildikdə, şirkətdən bildirilib ki, qarşı tərəfin avtomobilinin güzgüsü yenisi ilə əvəz olunub və yeni güzgünü rəngsaz rəngləyib. Pulu ödəmədiyi halda isə məhkəməyə veriləcəyi bildirilib.
Aktrisa qarşı tərəfə zəng edib yeni güzgünün alınması ilə bağlı məsləni maraqlandıqda, "BMW"-nin sürücüsü bildirib ki, mənə yeni güzgü alan olmayıb.

"İndi bu 190 manat necə xərclənib, nəyə xərclənib, ümumiyyətlə verilibmi bilmirəm. Sığorta şirkətindən soruşanda deyir ki, bizə sənəd təqdim etdilər və pulu ödədik. Təbii ki, növbəti gün biz DYP-ə gedəndə güzgü artıq düzəltmişdi. Güzgü yerinə salınıb. O qədər də ağır bir proses deyil. Hətta polisdə də bizə dedilər ki, burda ciddi bir şey yoxdur. İndi sığorta şirkəti nə üçün məndən pul tələb edir aydın deyil. Üstəlik məni məhkəməyə verib, məhkəmə xərclərini də mənə ödətdirmək istəyir."

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, burada müəmmalı məqamlar çoxdur. "Fotolardan da görünür ki, dəymiş ziyanın məbləği şişirdilir. İkinci tərəfindən şirkət yeni güzgü aldığını deyir. Amma əslində güzgü filan alınmayıb. Sonra yeni güzgünü ustanın rənglədiyini bildirirlər. Ən maraqlısı isə dəymiş ziyan barədə həmişə "xəsislik" edən şirkət niyə bu dəfə "səxavətli" olub?"
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Təbriz Yusubov

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !