Lənkəranda cüdo idman növü üzrə region birinciliyi keçirilib - +FOTO=5(AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda cüdo idman növü üzrə region birinciliyi keçirilib +FOTO=5(AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Oktyabrın 18-də Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən Cüdo idman növü üzrə region birinciliyinin rəsmi açılışı olub. AZpress.AZ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Birinciliyin keçirilməsində məqsəd regionlarda cüdo idman növünü təbliğ və inkişaf etdirmək, ən güclü cüdoçuları aşkar etmək, region yığma komandasına namizədləri seçmək, regionlardakı idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, yeniyetmələri cüdo idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək, I, II və III yeri tutan idmançıların Azərbaycan birinciliyində iştirakını müəyyənləşdirməkdən ibarət olub.

Birinciliyi Azərbaycan Respublikasının əməkdar məşqçisi Məmmədəli Quliyev idarə edib. Yarış Beynəlxalq CüdoFederasiyasının qəbul etdiyi müvafiq qaydalara müvafiq olaraq 2003-2005 və 2006-2007-ci il təvəllüdlü idmançılar arasında keçirilib.

Yarışda cənub zonasının 8 komandası gücünü sınayıb. 250-dən çox idmançının iştirak etdiyi tədbir qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !