Ağcabədidə Qarabağ Azərbaycandır! flaşmobu keçirilib. - +FOTO=6 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədidə “Qarabağ Azərbaycandır!” flaşmobu keçirilib. +FOTO=6 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 19 oktyabr 2019-cu il tarixində Ağcabədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Gənclər Birliyi və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı flashmob keçirilib.
500-ə yaxın gənc YAP fəallarının iştirakı ilə Heydər Əliyev meydanında keçirilən flaşmobda gənclər oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən VALDAİ diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qətiyyətli cavabına öz dəstəklərini bildiriblər.
Meydanda uzunluğu 16 metr, eni 8 metr olan müqəddəs üçrəngli bayrağımız gənclərin çiyinləri üzərində dalğalandırılıb. Gənclərin keçirdiyi flaşmob ətrafdakı insanların böyük marağına səbəb olub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !