Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb - +FOTO=13 (Bağırzadə Əqdəs - AZpress.AZ)

Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb +FOTO=13 (Bağırzadə Əqdəs - AZpress.AZ)

 ünən Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor
və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının
həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı
olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgidə
rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino,
rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçirilib.

Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar
mədəniyyət işçisi Şirin Məlikova sərgidə Azərbaycanın ilk qadın teatr
rəssamı Bədurə Əfqanlının müxtəlif dövrlərdə teatr, kino və rəqs
incəsənəti sahəsində yaratdığı eskizlərin, onun yaradıcılığı ilə bağlı
çap olunmuş materialların nümayiş etdiriləcəyini bildirib. Bədurə
xanımın şəxsi arxivindən götürülən əlyazmaların, fotolarının ilk dəfə
sərgilənəcəyini vurğulayıb. O, eyni zamanda təqdimatı keçirilən
“BƏDURƏ ƏFQANLI – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında
rəssamın teatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı
rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya
eskizlərinin toplandığını diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi, professor
Sevda Məmmədəliyeva çıxışı zamanı Bədurə Əfqanlını Azərbaycanın
təsviri sənət tarixində müstəsna yeri olan sənətkar kimi
dəyərləndirib: “Bədurə Əfqanlı yaradıcı ömrünün 40 ilini teatra və
milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr
edib. O, bu sahələr üzrə olduqca dəyərli əsərlər yaradıb, Azərbaycan
teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr
verib. Qeyd etməliyik ki, ötən əsrin ikinci yarısında formalaşan rəqs,
geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır”.

S.Məmmədəliyeva təqdim olunan “Bədurə Əfqanlı – teatr, kino, rəqs:
geyim və obrazlar” kitabında zəngin yaradıcılığa malik rəssamın sənətə
gəldiyi dövrdən (1933) sonrakı 70 ildən artıq müddətdə fəaliyyətinin
öz əksini tapdığını vurğulayıb. Kitabın nəşrini rəssamın irsinin
gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hadisə kimi
qiymətləndirib.

“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael
Gülməmmədli XX əsr Azərbaycan rəssamlıq, teatr, kino, rəqs sənətini
Bədurə Əfqanlısız təsəvvür etməyin mümkünsüz olduğunu bildirib: “Onun
yaratdığı əsərlər bir məktəbdir və bu məktəb daim yaşayacaq. Bu günə
qədər “Leyli və Məcnun” tamaşaları üçün geyimlər hazırlanarkən vaxtilə
Bədurə Əfqanlının yaratdığı eskizlərdən istifadə olunur. İndiyədək
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və digər rəqs qrupları
rəssamın eskizləri əsasında geyimlər tikir və onu örnək kimi
görürlər”. R.Gülməmmədli Bədurə Əfqanlının rəqs sənətinə ilk dəfə
xəlqilik gətirdiyini də xüsusi vurğulayıb.

Tədbirdə milli musiqilərimiz səsləndirilib, “Naz eləmə” və “İnnabı”
rəqsləri ifa olunub. Sonra qonaqlar sərgi ilə tanış olublar.
 

Qeyd edək ki, sərgi oktyabrın 28-dək davam edəcək.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !