Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq... - (+FOTO=2)

Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq... (+FOTO=2)

 AZpress.AZ xəbər verir ki, “Teatr - bir məbədidir” deyimi əbəs yerə yaranmamışdır. Çünki məhz teatr bütün sosial təbəqənin və müxtəlif yaş qrupunun nümayəndələri ilə gündəlik, canlı təmasda olmaq imkanına malikdir.

2015-ci ildən, əsaslı təmir və yenidənqurmadan sonra Sumqayıt Dövlət Dram Teatrı həm maraqlı repertuar seçimi , həm də hazırlanan tamaşaların bədii estetik dəyəri ilə öndədir. Yeni mövsümün açılışından sonra bu sənət ocağında vaxtaşırı tamaşaçıları düşündürən , əyləndirən, onların estetik zövqünə xidmət edən tamaşalar təqdim olunur.

Bu şənbə - oktyabrın 26-da növbəti dəfə xalq yazıçısı Elçinin "Qatil" pyesinin səhnə versiyası göstəriləcəkdir. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Firidun Məhərrəmovdur. Teatr rəhbərliyi balacaları da nəzərə almışdır. Belə ki, onlar 26 oktyabr gündüz saat 11.00 və 13:00- da yeni bərpa olunan "Əlibaba və qırx qıldur" tamaşasına baxa biləcəklər. Qeyd edək ki, tamaşanı ərəb xalq nağılı əsasında rejissor Vasif Məmmədov səhnələşdirmişdir. Rolları Şəmistan Süleymanlı, Şəhla Məmmədova, Akif Mirzəyev, Sevda Hüseynova, Mətləb Səfərli, Aynur Hümmətova, İlqar İbrahimov, İlham Səfərli, Rövşən Əsgərov, Elmir Mehdiyev və başqaları ifa edirlər.

27 oktyabrda isə uşaqlar iki seans olmaqla saat 11.00 və 13.00-da Abdulla Şaiqin "Qaraca qız"tamaşasını yeni versiyada izləyə biləcəklər. Axşam isə saat 18.00-da Con Patrikin "Qarını öldürməliyik"dramı göstəriləcəkdir. Tamaşanın quruluşu Firudin Məhərrəmova məxsusdur.

Yeni mövsüm xüsusi yaradıcılıq aurası ilə seçilir. Böyük maarifpərvər ədib Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əməkdar artist Namis Şirməmmədov tərəfindən səhnələşdirilərək yeni quruluşda tamaşaçılara təqdim olunacaqdır. Artıq tamaşanın oxu məşqlərinə başlanılıb.Həmçinin, teatrın yaradıcı heyəti "Sumqayıt -70" möhtəşəm yubiley tədbirində - kütləvi bayram tamaşasında çıxış edəcəklər.
Bir sözlə Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman sumqayıtlı teatrsevərlərin zövqünu oxşamaqdan qürur duyur və bundan ötrü ən kreativ layihələrə imza atmaqda davam edir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !