Şuşa şəhərinin işğal altındakı Yuxarı Gövhərağa məscidinin ermənilər tərəfindən təmir edilməsi beynəlxalq hüquqazidd əməl doğurur - (+FOTO=5)

Şuşa şəhərinin işğal altındakı Yuxarı Gövhərağa məscidinin ermənilər tərəfindən “təmir” edilməsi beynəlxalq hüquqazidd əməl doğurur (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, ərazisinin 20%-i Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalan Azərbaycanın milli-mədəni dəyərlərinin, geyimlərinin, memarlıq nümunələrinin, inanc yerlərinin, ibadət yerlərinin, musiqi əsərlərinin, musiqi alətlərinin və digər sənət əsərlərinin və tətbiqi sənət numunələrinin, o, cümlədən folklorunun, toponimlərinin, eləcə də tarixi əsərlərinin, yazılı nümunələrinin birdəfəlik, yaxud tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf götürən Ermənistan, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərlərinin planlı və sistemli şəkildə məhv edilməsini həyata keçirir.

Azərbaycanın işğal altında olan ərazilərinin tarixinin, mədəniyyət və inanc yerlərinin ermənilər tərəfindən məhv edilməsi, qanunsuz arxeoloji qazıntılar aparılması və qazıntı nəticəsində aşkar edilən artefaktların özününküləşdirilməsi, talan edilərək ölkədən çıxarılması halları daha da sürətlənmiş və geniş vüsət almışdır. Bütün bu vandal hərəkətlər Ermənistan Hökumətinin dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

Azərbaycanın işğal altında qalan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində azərbaycan xalqına məxsus islami dini dəyərləri (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdılır, məhv edilir və ya formaları dəyişdirilir.

İşğal altındakı Şuşa şəhərindəki Yuxarı Gövhər-ağa məscidində aparılan təmir işləri də bu qəbildən olan növbəti təxribatdır. Şuşa şəhərinin mərkəzi hesab olunan Bazar meydanında yerləşən Yuxarı Gövhərağa məscidi şəhərin ermənilər tərəfindən işğalından (8 may 1992-ci il) sonra erməni əsgərlərinin ağır artileriya silahlarından açdığı atəş nəticəsində dağıntıya məruz qalmışdır.

İslam dini abidələrinə hörmətsizlik edən ermənilər Yuxarı Gövhər-ağa məscidinə məxsus xalça, mebel və digər avadanlıqları qarət edərək şəxsi mənzillərinə daşımışlar. Şuşa şəhərində etnik təmizləməyə məruz qoyduqları azərbaycanlıların burada yaşadıqlarını inkar edən Ermənistan rəhbərliyi bu məscidin Nadir şahın dövründə tikilmiş fars məscidi kimi təbliğ edərək İranın nüfuzunu qazanmağa çalışırlar. Halbuki Nadir şah məscidin tikintisindən uzun illər əvvəl, 1747-ci ildə vəfat etmişdir.

İndiki Yuxarı Gövhər-ağa məscidinin yerində hələ Pənah хanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz edilsədə memarlıq quruluşu o qədər də qənaətbəxş olmamışdır. Yuxarı Gövhər ağa məscidi Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyimin) vəsaiti hesabına 1883-84-cü illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

Möhtəkir xislətli Ermənistan hökuməti növbəti fitnəyə əl ataraq Azərbaycan və İran arasında narazılıq yaratmaq, özünə havadar tapmaq üçün İranın “Part Saman Jahan Co” memarlıq şirkəti ilə beynəlxalq hüquqa zidd olaraq, 344 inventar nömrəsi ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən məsciddə bərpa işləri aparmışdır.

Ermənilər tərəfindən aparılmış təmirdən qabaq məscidin içərisi 3-4 metr dərinlikdə qazılaraq arxeoloji tədqiqat işləri aparılmış və tapıntılar barədə məlumat verilməmişdir. Təmir zamanı məscidin üzərindən çox sayda divar yazıları silinmişdir. Məscidin daxili və xarici interyeri ciddi dəyişikliyə məruz qalmışdır. Məscid ətrafındakı qəbirlər sökülərək oradakı sümüklər naməlum istiqamətə daşınmış və qəbir daşlarının bir neçəsi yeniləri ilə əvəz olunmuşdur. Yuxarı Gövhər-ağa məcidi Azərbaycan xalqının milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması beynəlxalq qanunlara görə yolverilməzdir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında: - Hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur.

Ermənistan Hökumətinin Yuxarı Gövhəraga məcidi üzərində apardığı təmir işləri Beynəlxalq hüquqazidd əməl kimi səciyyələndirilir. BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur.

Beynəlxalq Təşkilatlar təcili olaraq Ermənistanın bu hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu vandal hərəkətlərinə son qoyulmasını tələb etməlidirlər. İran dövləti ermənilərlə əməkdaşlıq edən yuxarıda adıçəkilən şirkəti bu cür işlərdən çəkindirməli, iki dost müsəlman qonşu dövlətin münasibətlərinə xələl gətirənləri qulluq etdikləri maraqlardan uzaqlaşdırmalıdır.

Faiq İsmayılov

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !