BİRGƏ LAYİHƏNİN TƏQDİMATI - + FOTO=6 (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

BİRGƏ LAYİHƏNİN TƏQDİMATI + FOTO=6 (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

 Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin Lənkəran Peşə Liseyi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təsdiq etdiyi tədbirlər planına əsasən mütəmadi olaraq şəhər və kənd orta ümumtəhsil məktəblərində “Peşə Akademiyası” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. AZpress.AZ xəbər verir ki, layihənin ilk təqdimatı oktyabr 24-də rayonun Xanbulan kənd tam orta məktəbində keçirilib.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Peşə Liseyinin əməkdaşları, məktəbin müəllim-şagird heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Mərziyə Əliyeva açaraq iştirakçıları salamlayıb və layihənin ilk təqdimatının məhz onun rəhbərlik etdiyi təhsil ocağında keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Əliyev layihənin cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının müvafiq yarımbəndi icra etmək məqsədilə keçirildiyini bildirib. M. Əliyev həmçinin Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən və nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.

Lənkəran Peşə Liseyinin əməkdaşı Cəmil Mirzəyev çıxışında bildirib ki, ölkədə həyata keçirilən təhsil siyasətinin ən mühüm istiqamətlərindən biri də peşə təhsilinin inkişafı təşkil edir. O həmçinin vurğulayıb ki, bu gün əmək bazarında işinin peşəkarı olan peşə təhsilli mütəxəssilərə təlabat olduqca çoxdur.
Daha sonra Lənkəran Peşə Liseyinin müəllim və şagird heyətinin hazırladıqları stendlərin, xalçaçılıq, aşpazlıq, qaynaqçılıq, çayçılıq və.s sahələrdə peşə təqdimatlarıı keçirilib.

Sonda məktəbin həyətyanı sahəsində şagirdlərin iştirakı ilə Azərbaycanın Qırmızı Kitabına daxil olan Lənkəran (İpək) akasiyası əkilib.

Tədbirdə ümumilikdə 100-dən çox məktəbli iştirak edib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !