- Avstriya və Azərbaycan etibarlı tərəfdaşdırlar + FOTO=84 (Rüstəm Fərman - AZpress.AZ)

“Avstriya və Azərbaycan etibarlı tərəfdaşdırlar” + FOTO=84 (Rüstəm Fərman - AZpress.AZ)

Avstriyanın Milli Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Səfir Bernd Aleksandr Bayerl ölkəsinin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar barədə qısa məlumat verib. Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomat deyib ki, iki ölkə arasındakı əlaqələr getdikcə inkişaf edir və bu münasibətlərdən məmnundur.Bernd Aleksandr Bayerlinin sözlərinə görə, əlaqələri daha da inkişaf etdirmək məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir və bir sıra sahələrdə əlaqələri genişləndirilmək üçün səy göstərilir.

Azərbaycan hökuməti adından Avstriya xalqını bayram münasibəti ilə təbrik edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticari,mədəni əlaqələr mövcuddur və getdikcə inkişaf edir. Ölkələrimiz arasındakı ticari dövriyyə 2018-ci ildə 397 milyon ABŞ dolları təşkil edib və bu rəqəmi daha da artırmaq üçün geniş imkanlar mövcuddur: “Avstriya və Azərbaycan etibarlı tərəfdaşdırlar” deyən nazir bildirib ki, bu günə kimi hər iki ölkə arasında 40-dan çox sənəd imzalanıb. Nazir deyib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında önəmli yeri iş adamları tutur. Azərbaycan və Avstriya arasında iqtisadi texnalogiyalar, səhiyyə, energetika, sənaye və kənd təsərrüfarı sahələrini daha da inkişaf etdirmək üçün geniş potensial var.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !