Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirildi. - +FOTO=80+VIDEO (AZpress.AZ – Əli Qocayev)

“Beynəlxalq Kulinariya Gününə” həsr olunmuş tədbir keçirildi. +FOTO=80+VIDEO (AZpress.AZ – Əli Qocayev)

AZpress.AZ xəbər verir ki, 25 Oktyabrda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən “Beynəlxalq Kulinariya Gününə” həsr olunmuş tədbir keçirildi.Tədbirdə Beynəlxalq Kulinariya Günü münasibəti ilə bir il ərzində Azərbaycan mətbəx mədəniyyətinin təbliğində xüsusi rolu olan şəxslər mükafatlandırıldı.

***

Bu il (2019) Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən 20 Oktyabr Beynəlxalq Kulinariya Günü bayramı geniş qeyd edildi və bir neçə mərhələni əhatə etdi:


1. Bayramın keçirilməsi 07.10.2019- cu il tarixdən başlanıldı. Bakıda 4 peşə məktəbində (Bakı Turizm Peşə Məktəbi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) AMKM və AMKA üzvləri tərəfindən 07.10.2019 - 17.10.2019 tarixlərində usta siniflər keçirildi.
Usta siniflər WACS - Ümumdünya Kulinariya Assosiasiyasının " How Healthy Food Works: International Chefs Day" devizi və WICS - Dünya İslam Kulinariya Birliyinin " Halal yemək" ideologiyasına uyğun olaraq keçirildi. 12 nəfər mütəxəssis tərəfindən peşə məktəblərinin şagirdlərinə sağlam qida haqqında mühazirələr oxundu.
Usta siniflər keçirdilər : AMKM- in baş texnoloqları Gülnar Ələsgərova, Elnurə Quliyeva, texnoloqlar Nailə Kərimova, Gülnar Mahmudzadə və AMKA-nın üzvləri Timur Pivkin, Asiman Hacıyev, Səltənət Həsənova, Alim Daşdəmirov, Vurğun Hacızadə, Murad İslamov, Pərviz Abdullayev, Naim İsgəndərov. Usta siniflərdə "A.A FOOD GROUP"- un ət məhsullarından istifadə edildi. Usta siniflərin təşkilinə AMKM- in baş texnoloqu Leyla Kərimli rəhbərlik etdi.
2. 01.10.2019 tarixdən 19.10. 2019 tarixə qədər AMKM-in rəsmi Facebook səhifəsində AMKM və AMKA tərəfindən 20 oktyabr 2018 - 20 oktyabr 2019-cu il bayramları arasında bir ol ərzində görülən işlərin qısa hesabatı yerləşdirildi. Hesabat AMKM-in aparıcı mütəxəssisi Nigar Mövlud və aparıcı mütəxəssis Mədinə Əliyeva tərəfindən yerləşdirildi.
3.18 Oktyabr tarixdə 200 dən çox kulinarımız Fəxri xiyabanda Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etdilər. Bu ziyarətdən sonra Şəhidlər Xiyabanında şəhidlərimiz yad edildi.
4. Növbəti tədbirlər 20 oktyabr bayram gününün Cocuq Mərcanlı qəsəbəsində yerli icra hakimiyyətləri və ordu zabitləri, əsgərləri ilə birlikdə keçirilməsindən ibarət oldu.
Bununla bağlı bizə çox böyük diqqət və hər cür köməklik göstərdiklərinə görə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Müdafiə Nazirliyimizə, Müdafiə Nazirliyinin aparatının əməkdaşlarına, yerlərdə olan bütün zabit və əsgər heyətinə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, Cəbrayıl Rayon İcra hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk.
4.1. 19-20 oktyabr tarixində Azərbaycan ordusunda əsgərləri qisalanması ilə məşğul olan, əsgər yeməkxanalarının baş aşpazlarına WACS-ın “Sağlam yemək Devizi və WICS - in Halal yemək konsepsiyası barədə məlumat verildi. " Sağlam qida - sağlam əsgər, sağlam əsgər - sağlam nəsil" devizi altında kurs keçirildi, mühazirələr oxundu, usta siniflər keçirildi.
Müdavimlərə əsgər yeməyinin təbii vitaminizasiyası, mineraliziyası haqqında əsas məlumatlar verildi. Sağlam yemək hazırlanması, ərzaqda olan vitaminlərin, mineral maddələrin hazırlanma zamanı maksimum qorunma metodları , texnologiyaları haqqında bilgilər aşılandı. Dərsləri AMKM - in baş direktoru, AMKA-nın prezdenti Tahir Əmiraslanov keçirdi.
4.2. 20 oktyabr 2019 - cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyini Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi Beynəlxalq Kulinariya Gününə həsr edilmiş vətənpərvərlik bayramı keçirildi.
Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar əvvəlcə Horadiz şəhərinə gedərək xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, tər güllər düzdülər.
Qonaqları salamlayan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadizin və rayonun 22 yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1993-cü ilin payızında Ulu Öndərin bölgəyə gəlişi, ön səngərlərdə hərbçilərlə görüşü onlarda yüksək döyüş ruhu və yüksək vətənpərvərlik, qələbəyə inam hissi aşılaması sayəsində dekabr ayının sonlarında işğal olunmuş ərazilərin azad edilməsi uğrunda hücuma keçən igid oğullarımız 1994-cü ilin ilk yanvar günlərində Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsini azad ediblər. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri bərpa edilərək yenidən qurulub, hər cür infrastruktur yaradılıb və məcburi köçkünlər öz doğma yurdlarına geri qayıdıblar. A.Alıyev vurğulayıb ki, Horadiz qəsəbəsinin azad edilməsi Ümummilli Liderin adı ilə bağlıdırsa, bu yaşayış məntəqəsinin daha da inkişaf etməsi və qəsəbəyə şəhər statusunun verilməsi dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, ordumuzun gücünü və Heydər Əliyev siyasətinin təntənəsini görürük.
Horadiz şəhəri ilə tanışlıqdan sonra tədbir iştirakçıları Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək ehtiramlarını bildiriblər. Burada qeyd olunub ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra bir çox strateji yüksəkliklər, eləcə də Lələtəpə zirvəsi düşmənlərdən azad edilərək ərazi tam nəzarətə götürülüb. Bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndində quruculuq, abadlıq işlərinə başlanılıb və dağıdılmış yaşayış məntəqəsi müasir bir kəndə çevrilib.
Qonaqlar işğal altında olan digər torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini ifadə edərək Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyayma avtomobilindən səsləndirilən “Aprel zəfəri” marşının sədaları altında Cocuq Mərcanlıya doğru irəliləyiblər.
4.3. Cocuq Mərcanlı kəndinin mərkəzində salınmış “Qayıdış parkı”nın qarşısında qonaqları Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi qarşılayıb. Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov kulinariya işçilərini, həmçinin Azərbaycan Ordusunun bu sahədə çalışan əməkdaşlarını Beynəlxaq Kulinariya Günü münasibətilə təbrik edib. Cocuq Mərcanlının tarixindən, 2016-cı ilin Aprel zəfərindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə kəndin yenidən qurulmasından və Qarabağa qayıdışın ilk köçünün məhz Cocuq Mərcanlıya olmasından danışaraq dövlətimizin başçısına bütün cəbrayıllıların minnətdarlığını bildirib.
Kütləvi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin bələdçiliyi ilə Cocuq Mərcanlıda “Xalqla Ordu əl-ələ” kütləvi vətənpərvərlik bayramına start verilib.
4.4. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında istehsal olunan Qarabağ xalçalarından ibarət sərgi tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi “Azərbaycan mətbəxi” kitab sərgisində dünya şöhrətli kulinarımız, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun kitabları sərgilənib. Onun uzun illərdir ki, hətta Azərbaycanın milli mətbəxini də özününküləşdirməyə çalışan ermənilərlə mübarizəsindən və həmişə də qalib çıxmasından söhbət açılıb. Tahir Əmiraslanovun müəllifi olduğu kitablardan qonaqlara ibarət bağlamalar hədiyyə edilib. Azərbaycan kulinarlarının hazırladıqları un və qənnadı məhsullarının nümunələri nümayiş olunub. Elan olunub ki, birazdan Azərbaycan kulinarlarının əsgərlərə hədiyyələri, bağlamalar, xonçalar döyüş mövqelərinə də göndəriləcək.
4.5. Müdafiə Nazirliyi Ərzaq xidmətinin eləcə də, bölgənin müdafiəsində dayanan hərbi hissənin təşkil etdiyi sərgidə qələbəlik yaşandı. Polkovnik-leytenant Vüqar Abdullayev “Əsgər payı” guşəsində ordumuzun şəxsi heyətinin ərzaq təminatından danışaraq müxtəlif çeşidli məhsullar haqqında məlumat verib. Qonaqlar Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrin əsgər yeməkxanalarında şəxsi heyətlə bir süfrə ətrafında nahar etdiyini, yaradılan şəraitlə tanış olduğunu əks etdirən fotomateriallara baxıblar. Tədbir iştirakçıları ordunun məşhur və peşəkar aşpazlarından olan Ədilxan Məmmədovun hazırladığı 10-dan çox un və qənnadı məhsulu, eləcə də səhra mətbəxində hazırlanan əsgər yeməklərinin və “Şah plov”un dadına baxıblar.
Azərbaycan Ordusu aşpazlarının beynəlxalq müsabiqələrdə qazandığı mükafatlar, kuboklar, prizlər, medallar, diplomlar nümayiş olunub. Yarışların iştirakçıları Beynəlxalq Ordu Oyunlarından Vətənə həmişə uğurla qayıtdıqlarını bildirib və bu il də Azərbaycanın hərbi aşpazlarının beynəlxalq müsabiqədə qalib 4 komanda içərisində yer aldığı məlumatı verilib.
4.6. AMKM- in baş texnoloqu Gülnar Ələsgərova və AMKA-nın üzvü Fuad Əliyev tərəfindən Cocuq Mərcanlı kənd məktəbinin yuxarı sinif şagirdlərinə qənnadı məhsullarının bəzədilməsi və karvinq (tərəvəz üzərində oyma) usta sinifləri keçirildi.
4.7. AMKM və AMKA tərəfindən Cəbrayıl, Beyləqan, Füzuli, Xocavənd rayonlarının kitabxanalarına, bölgədə yerləşən hərbi hissələrin kitabxanalarına Azərbaycan Mili Mətbəxinə aid AMKM və AMKA-nın nəşrləri hədiyyə edildi.
4.8. Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında İmadəddin Nəsiminin, Babəkin, Cavanşirin, Əmir Teymurun, Qaçaq Nəbinin, Həcərin və digər şəxsiyyətlərin obrazları canlandırılıb. “Arşın mal alan”, “O olmasın, bu olsun” milli filmlərimizin qəhrəmanları əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Cəbrayıl, Füzuli, Beyləqan və Xocavənd rayonlarının tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin əks olunduğu guşələrdə əsl canlanma oldu.
Bədii özfəaliyyət kollektivləri öz məharətlərini göstəriblər. Bakıdan gəlmiş “Səma” rəqs ansamblının üzvlərinin ifa etdikləri “Azərbaycan” süitası, “Sarı gəlin” rəqsi, “Türk yallı”sı alqışlarla qarşılanıb.
Parkın anfiteatrında davam edən kütləvi vətənpərvərlik bayramı qala-konserti başlamazdan öncə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub.
“Qarabağ Azərbaycandır” ədəbi musiqili xoreoqrafik kompozisiyası təqdim olunub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir daha bayram iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Ölkə rəhbərliyinə, şəxsən dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan dövləti və xalqı naminə yorulmaz fəaliyyətlərinə görə minnətdarlıq edib. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasətin bütün xalq tərəfindən dəstəkləndiyi qeyd olunub.
N nömrəli hərbi hissənin zabiti polkovnik Elşad Əbilov ordu ilə xalqın birliyindən danışaraq əbədiyaşar ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamını xatırlayıb: “Ordu ilə xalqın birliyi həm xalqın gücünü artırır, həm də ordunu daha da qüdrətli edir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri ordu ilə xalqın sağlam, mənəvi birliyini yaratmaqdan ibarətdir”. E.Əbilov sağlam mənəvi birliyin bu gün daha da möhkəmləndiyini, genişləndiyini bildirərək “Biz bu birliyi 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha gördük, hiss etdik. Aprel döyüşləri dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın isə birliyini, həmrəyliyini göstərdi”, - deyib.
Polkovnik E.Əbilov Ali Baş Komandanı, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı bütün şəxsi heyət və Vətən müdafiəçiləri adından bir daha əmin edib ki, Azərbaycan əsgəri bundan sonra da ölkənin müdafiəsində mərdliklə dayanacaq, işğal altındakı digər torpaqların da azad edilərək respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün qarşıya qoyulmuş istənilən əmr və tapşırığı qanı və canı bahasına olsa belə yerinə yetirəcəkdir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov cəbhəyanı bölgədə gördüklərindən qürur duyduğunu vurğulayaraq, bütün bu inkişaf, tərəqqi üçün müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əydiyini, müdrik prezidentimiz, qətiyyətli Ali Baş Komandanımız İlham Əliyevə bütün xalqımız kimi milli kulinarlarımızın adından dərin minnətdarlığını bildirib.
T.Əmiraslanov dünəndən hərbi hissələrdə olduğunu, əsgərlərlə bir yerdə nahar etdiyini, əsgər yataqxanalarında gecələdiyini, şəxsi heyətlə görüşdüyünü, Azərbaycan Ordusunun baş aşpazları ilə usta dərsləri keçirdiyini bildirərək, hərbi hissələrdəki nizam-intizamdan, yaradılan şəraitdən, maddi-texniki təminatın yüksək səviyyədə olduğundan, əsgər yeməkxanalarının restoranlardan, şadlıq evlərindən heç də fərqlənmədiyindən, əsgərlərin qidalanmasının çox yüksək səviyyədə təşkilindən, Azərbaycan əsgərinin sayəsində cəbhəyanı rayonların əhalisinin əmin-amanlıq, sabitlik şəraitində yaşamasından böyük həvəslə danışıb və bu gün hər kəsi orduya mənəvi dayaq olmağa “Hər şey ordu üçün, hər şey qələbə üçün!” şüarı altında daha da sıx birləşməyə səsləyib.
1993-cü ildə dağıdılıb viran edilməsinə baxmayaraq bir an da olsun Cocuq Mərcanlı kəndinin tərk etməyən və bu xarabalıqlar içərisində yaşayaraq doğma kəndinin bugünkü təntənəsinə bəlkə də hamıdan çox sevinən, Azərbaycan Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oqtay Həziyev bütün cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlıq edib. Azərbaycan Ordusunun güc və qüdrətinə heyran qaldığını bildirib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının geniş və rəngarəng konsert proqramı alqışlarla başa çatıb.
4.9. AMKA tərəfindən Şuşada Qələbəni və Beynəlxalq Kulinariya Bayramını qeyd etmək arzusuyla qurbanlar kəsildi.
4.10. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı məscidində Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. Din xadimləri dualar oxuyub, ehsan mərasimində şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
4.11. Döyüş mövqelərində növbə çəkən əsgər və zabitlərimizə bayram yeməkləri, bayram sovqatları, meyvə və şirniyyatlarla dolu xonçalar aparıldı. Bütün hərbi hissələrdə respublikanın məşhur aşpazlarının iştirakı ilə hazırlanan milli yeməklərdən ibarət süfrələr açılıb.
4.12. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Xalqla Ordu əl-ələ” kütləvi-vətənpərvərlik bayramı xalqla ordunun sağlam mənəvi birliyinin təntənəsinin nümayişinə çevrildi.
4.13. Axşam tərəfimizdən keçirilən kursların müdavimləri olan müxtəlif hərbi hissələrdən gələn hərbi baş aşpazlara kurs keçdikləri haqqında sertifikatlar təqdim edildi.
4.14. Tədbirin təşkilində aktiv iştirak edən hərbi və mülki mütəxəssislərə diplomlar təqdim edildi.
4.15. Azərbaycan Milli Mətbəxinin inkişafında təbliğatında xüsusi xidmətlərinə, Azərbaycan ordu mətbəxinin formalaşmasında, inkişafında böyük xidmətlərinə görə AMKA- nın yüksək mükafatı ilə mükafatlandırıldılar:
- General Çingiz Məmmədov
- Leytenant polkovnik Vüqar Abdullayev
- Ehtiyatda olan zabit Elmir Şəripov
- Polkovnik Abdulla Qurbani
Azərbaycan mətbəxinin inkişafında, təbliğatında, tanıdılmasında xüsusi xidmətlərinə görə:
- Aşpaz Səltənət Həsənovaya
- Azərbaycan Respublikası və Çeçenistan Respublikasının milli qəhrəmanı Arif Məhərrəmova
4. 21.10.2019 tarixdə kulinarlarımız Cocuq Mərcanlıdan daha bir sərhəd rayonumuz olan Tərtər rayonuna gəldilər. Onları Tərtər İcra Hakimiyyəti başçısı cənab Müstəqim Məmmədov qarşıladı. Kulinarlarımız Tərtər rayonu ilə, burada salınmış qaçqın şəhərciyi ilə tanış oldular, qaçqın şəhərciyinin müasir musiqi məktəbi, ən yüksək standartlara cavab verən 280 nəfərlik baxça, 1200 nəfərlik orta məktəblə tanış oldular. Orta məktəbin kitabxanasının AMKM və AMKA-nın nəşrlərindən ibarət kitab dəsti hədiyyə edildi. Rayonda gedən quruculuq, abadlıq işləri bizləri heyran etdi. Kulinarlarımız bölgədəki cəbhə xətdi ilə tanış olub, məlumat aldılar. Bu bölgədə gedən hadisələr, döyüşlər haqqında bilgilər əldə etdilər. Sonra kulinarlarımız aprel döyüşlərində həlak olan şəhidlərimizin abidələrini ziyarət etdilər. Hər şəhidin adına əkilmiş ağacların böyüməkdə olduqlarını gördülər.
Ermənilərin Sovet dönəmində Qarabağa köçdüklərinin 150 illiyinə həsr olunmuş abidənin önündə şəkil çəkdirdilər. Ermənilərin Ermənistanda və işğal altında olan Qarabağ torpağında bizə məxsus olan abidələri viran etdiklərinə, vandallıqlarına baxmayaraq, Azərbaycan tərəfini Erməni abidələrinin qoruduqlarının şahidi oldular. Bu tədbir üçün, bizə vaxt və diqqət ayırdığına görə Tərtər rayon icra hakimi cənab Müstəqim Məmmədova minnətdarlıq edirik.
Tədbirin hazırlanmasında və keçirilməsində əməyi, dəstəyi keçən hər kəsə minnətdarlıq və təşəkkürlərimizi bildiririk.
Xüsusi təşəkkürlərimiz.
- Azərbaycan Respublikası Prezident Administrasiyasına
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinə
- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi
- Cəbhə bölgəsində yerləşən hərbi hissələrin zabit və əsgər heyətinə
- Cəbrayıl, Füzuli, Beyləqan, Tərtər icra hakimiyyətlərinə
- Ordu və mülki aşpazlarımıza, AMKA-nın üzvlərinə
- Xidmət-iş həmkarlar ittifaqlari federasiyasi vitse prezdenti Xəyyam Nəsibova
- TAİS İKF MMC " REM SERVİS"-ə
- AZPRPOMA- ya
- "İlğım" şirkətinə
- "Veysəloğlu" şirkətinə
- "Turan Park" restoranına
- "Cafe park" restoranına
- "Toup Tur" şirkətinə
- "Сыроварня" Bakı restoranı
- Ehtiyatda olan zabit qazi Elşən Hüseynova
- "Milenium Turizm" şirkətinin rəhbəri Ruslan Quliyevə
- "Pak Qida " MMC- yə
- Füzuli Dövlət Dram Teatrının aktyorlarına
- “Səma” rəqs ansamblına
- Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə
- "Mübariz" un məmulatlarına

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !