İradə Gülməmmədovanın Mehdiabad sakinlərilə görüşdü - (+FOTO=10)

İradə Gülməmmədovanın Mehdiabad sakinlərilə görüşdü (+FOTO=10)

 AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Mehdiabad qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını bildirən İ.Gülməmmədova Abşeronda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Mehdiabad qəsəbəsində yaşayan əhaliyə kommunal xidmətlərinin daha da keyfiyyətli şəkildə göstərilməsi istiqamətinə böyük işlərin görüldüyünü, fasiləsiz elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təmin edildiyini söyləyən başçı qeyd edib ki, qəsəbənin daxili yollarının abadlaşdırılması həyata keçirilib.

Sonra Abşeron RİH başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram İbrahimov və Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Əbülfət Nuriyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Bundan sonra qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !