Üzeyir Hacıbəylinin ev muzeyində Yubileylər ili adlı tədbir keçirildi - +FOTO=18 (Ə.Sadıq - AZpress.AZ)

Üzeyir Hacıbəylinin ev muzeyində “Yubileylər ili” adlı tədbir keçirildi +FOTO=18 (Ə.Sadıq - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, 26.10.2019-ci il tarixdə Üzeyir Hacıbəylinin ev muzeyində “Yubileylər ili” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova açdı. O, 2019-cu ildə yubileyləri olmuş bəstəkarların – Asəf Zeynallının, Ərtoğrul Cavidin, Soltan Hacıbəyovun, İsmayıl Hacıbəyovun yaradıcılığından qısa söhbət açdı.Sonra G.Ələsgərova sözü 2 saylı musiqi məktəbinin nəzəriyyə müəllimi Aygün İsgəndərovaya verdi. Aygün İsgəndərova öz növbəsində Soltan və İsmayıl Hacıbəyovların yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

İştirakçılar Soltan Hacıbəyovun “Prelüd”ünü dinlədilər. Daha sonra söz Hüseyn Cavidin ev muzeyinin Ekspozisiyaşöbəsinin müdiri Lalə Əliyevaya verildi. Lalə Əliyeva da erkən vəfat etmiş Azərbaycan bəstəkarı Ərtoğrul Cavidin yaradıcılığı haqqında tamaşaçılara müfəssəl məlumat verdi. Bu dəfə tamaşaçılar Ərtoğrul Cavidin “Səninlə olaydım” adlı əsərini dinlədilər.

Çıxışlardan sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin kollektivinin Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı tamaşaçıların alqışlarına səbəb oldu.

Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəylinin ev muzeyinin ekspozisiya zalları ilə tanış oldular.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !