MƏNİM YAY TƏTİLİM-2019 Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində açıldı - +FOTO=164 (AZpress.AZ - Mahir Əhmədov)

“MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində açıldı +FOTO=164 (AZpress.AZ - Mahir Əhmədov)

 AZpress.AZ xəbər verir ki, məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində cari ilin may ayında “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin birinci hissəsi -12 yaşa qədər uşaqlar üçün 25 oktyabr saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.
Tədbiri çıxış sözü ilə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq, tədbirin əhəmiyyətindən danışdı və iştirak edən hər bir gəncə uğur dilədi. Söz alan Xətai Sənət Mərkəzinin direktoru tədbirin əhəmiyyətindən danışaraq, uşaqlara əsərlərini öz duyğu və düşüncələri ilə işləməsini və tabloya kənar müdaxiləyə imkan verməmələrini xahiş etdi. Mədəniyyət Nazirliyinin Təsviri Sənət bölməsinin elmi işçisi Bəxtiyar Qılıncov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından uşaqlara fəallıqlarına görə təşəkkür etdi. Həmçinin, tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov və əməkdar rəssam Rəfael Muradov iştirak edirdi.

Nəzərinizə çatdırırıq ki, tədbirə əsasən 1 nömrəli UGİM, Şamaxı Şəhər İncəsənət Təhsil Mərkəzi, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Buzovna qəsəbəsi 4 nömrəli UİM, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 nömrəli UİM, Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbi ,Gəncə şəhəri UİM, Vusala’s school, “Yeni Nəsil” Tədris Mərkəzi, “Bilik yolu” Tədris Mərkəzi, Biləsuvar rayon Xırmandalı kənd UİM, Art School by Rufana, Əhməd Bakıxanov adına UİM, Şəki şəhər UİM, Abşeron İdman klubu, “GunXan” Art Studiya, Şirvan Dövlət Rəsm Qalereyası, Kürdəmir UİM, Bakü Çoçuk Universitesi, 3 nömrəli UGİM, Naxçıvan şəhər Qızlar Liseyi kimi tədris mərkəzlərinin uşaqlarının əsərləri, həmçinin paytaxt və bölgələrimizdən olan ayrı-ayrı uşaqların əsərləri sərgilənmək üçün seçilib.

Nəzərinizə çatdıraq ki, iştirakçılar müsabiqəyə www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim – 2019” və ya xsm.az/site/menimyaytetilim2019/ linkinə toxunaraq təqdim edəcəkləri əsərlərinin fotosunu daxil etməklə qoşulublar.

Seçim zamanı müəllifin yaşı, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçim, ideya əsas götürülüb və imkan daxilində az müdaxilə olunmuş(müəllim və ya valideyn tərəfindən) əsərlərə yer verilmişdir.

Mükafatlandırma fondu olaraq ən fəal 1 tədris müəssəsinin kollektiv sərgisi, həmçinin seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi nəzərdə tutulmuşdur.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !