Layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi - (+FOTO=3)

Layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, “Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən könüllülük hərəkatına ilk addım”adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbirini həyata keçirmişdir. Tədbir 26.10.2019-cu il tarixdə Zərdab rayonunun Şıxbağı kəndində baş tutumuşdur. Tədbirdən əvvəl rəsmi qonaqlar Şıxbağı kənd şəhidlərinin xatirə abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələrə qoymuşlar.

Zərdab RİH-nin məsil işçisi Tural Nağıyev tədbiri giriş sözü ilə açaraq ölkədə vüsət alan könüllülük hərəkatından danışaraq bu layihənin icrası sayəsində region gənclərin də bu hərəkata tövhə verəcəyinə inanadığını bildirdi. Sonra layihə barədə geniş məlumat vermək üçün sözu İB-in sədr müavini Eldar Xəlilova verdi. Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş danışdı. Sonra İB-in idarə heyətinin üzvü Şükürzadə Şəhriyar hazırlanmış video çarx vasitəsilə Azərbaycan Gənclər Fondu haqqında və “Gəncliyə Dəstək” ictimai birliyi haqqında geniş məlumat verdi vəçıxışında könüllülük fəaliyyətinin vacibliyini gənclərə çatdırdı.Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə çıxış edən Şıxbağı kənd tam orta məktəbin direktoru Sabir Əhmədov layihənin cox əhəmiyyətli olmasını, gənclərin içtimai fəallığının artırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunmasını və xüsusilə kəndli gənclərin cəlb olunmasını alqışladığını qeyd etdi. Kəndlərə gələrək kəndli gənclərlə yaxından iş qurmağın təqdirə layiq olduğunu bildirən məktəbin direktoru Sabir Əhmədov belə tədbirlərin davamlı olmasını xahiş etdi.

Tədbirdə Şıxbağı kəndinə yaxın kəndlərinin də gəncləri olmaqla 20 nəfər gənc iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu, geniş video-çarx nümayiş olundu.

 

Vəfa Xəlilli

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !