Çexiyanın Dövlətçilik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib - + FOTO=62 (Rüstəm Fərman - AZpress.AZ)

Çexiyanın Dövlətçilik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib + FOTO=62 (Rüstəm Fərman - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, səfir Milan Ekert çıxış edərək ölkə tarixindən söz açıb, xatırladıb ki, bu gün Çexiya tarixinin ən vacib günü - müstəqil Çexoslovakiya Respublikasının yaranmasının 101-ci ildönümüdür: “ Bu, Mərkəzi Avropanın problemli sularında yeni doğulan bir dövlətə yer tapmasında mühüm rol oynayan ilk prezidenti, Tomaş Qarriq Masarikin adı ilə bağlıdır. Çağdaş dünyaya nəzər salanda əmin oluram ki, onun məşhur şüarı olan, “Dövlətlər onları yaradan ideyalarla yaşayırlar” öz keçmiş əhəmiyyətindən heç nə itirməyib. Çex tarixində, səkkiz və doqquz ilə bitən müəyyən illərin özünəməxsus bir əhəmiyyəti müşahidə edilə bilər. Bu il də istisna deyil. Bir neçə həftədən sonra, digər hadisələr arasında, 1989-cu ildən sonra Mərkəzi və Şərqi Avropanın yeni siyasi memarlığın formalaşmasında mühüm rol oynayan “Məxməri İnqilab”ın otuz ilini qeyd edəcəyik. İyirmi il əvvəl ölkəmiz NATO-ya üzv və on beş il əvvəl Aİ-nin tamhüquqlu üzvü olduq. Nəticədə son otuz ilin tarixi hadisələri Çexiya Respublikasının Mərkəzi Avropa geosiyasi məkanında yerini aydın və qeyri-şərtsiz möhkəmləndirdi”.

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat deyib ki, münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq 2015-ci ildə dövlət başçıları tərəfindən imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra daha da möhkəmlənib, gələcəkdə daha da möhkəmlənəcək. Səfir bildirib ki, yaxın zamanlarda Çexiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasları keçiriləcək və bu müəyyən format enerji üçün mühüm təkan verəcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq: “Çexiya Respublikası Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə yönələn layihələrdə iştirak etməyə davam edəcək. Biz fəxr edirik ki, Azərbaycan Dəmir Yolu ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin strateji əhəmiyyətli layihəsində iştirak edə bildik. Bu layihəni həyata keçirmək üçün lazım olan çox sayda iş demək olar ki, səkkiz il çəkdi və nəhayət bu ilin iyun ayında tamamlanıb”.

Təhsil sahəsindəki əlaqələrdən söz açan Milan Ekert deyib ki, 2018-ci ilin noyabr ayında Qaravəlli kəndində, Çexiya və Azərbaycan təhsil nazirlərinin müavinlərinin iştirakı ilə “Enerji səmərəliliyi məktəbi” adlı unikal layihə uğurla başa çatdırılıb.

Azərbaycan hökuməti adından çex xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov deyib ki, ölkəmiz Çexiya ilə bütün sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir, hər iki ölkə arasında qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Y.Eyyubov ölkə başmılarının qarşılıqlı səfərlərini xatırladaraq deyib ki, bu, münasibətlərin, ikitərəfli siyasi əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !