Hərbi atteşelər BDU-da olublar - (+FOTO=2)

Hərbi atteşelər BDU-da olublar (+FOTO=2)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin Bakı Dövlət Universitetinə tanışlıq səfəri baş tutub. Universitetin Beynəlxalq şöbəsinin müdiri Elmira İsmayılova diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verib. O, həmçinin BDU-nun üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris olunan ixtisaslar barədə də danışıb. Universitet haqqında video-çarx nümayiş etdirildikdən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar.

Universitetlə tanış olan hərbi atteşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !