İnklüziv ƏSA Teatrı 4-cü mövsümün ilk tamaşa premyerası həyata keçirdi - (+FOTO=9)

İnklüziv ƏSA Teatrı 4-cü mövsümün ilk tamaşa premyerası həyata keçirdi (+FOTO=9)

 AZpress.AZ xəbər verir ki, teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində reallaşıb. Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyiblər. Tamaşanın ilk premyerası ötən il Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuşdu.

Qeyd edək ki, “Paris partladı” tamaşasına bir bədii kitab gətirən tamaşaçıya bir bilet verilib. Bu kampaniyanın məqsədi ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının mütaliəyə marağını yüksəltməkdir. Bilet əvəzinə verilən kitablar növbəti mövsümdən etibarən mütəmadi olaraq “ƏSA” Teatrının tamaşaçılarına hədiyyə olunacaq.

Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Mehdi Cənnətifərd, Aysel Feziyeva, Orxan Əliyev Bəhram Rəhimli və Cəmilə Məmmədlicanlandırıb.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !