Əlini mənə ver,dostum - (+FOTO=38)

Əlini mənə ver,dostum (+FOTO=38)

 AZpress.AZ xəbər verir ki, oktyabrın 31-də Bakıdakı 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Uşaq Bərpa Mərkəzində tədbir təşkil olundu . Tədbiri giriş sözü ilə açan baş həkim Şaban Eyvazov iştirakçıları salamlayaraq belə tədbirlərin keçirilməsinin , bu tipli görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açdı. « Vokal» , « Çiçəyim», « Mahnı teatrı », «Milli rəqs» kimi dərnəklərin üzvləri ifa etdikləri mahnıları , göstərdikləri səhnəciklərlə əlil uşaqların sevincinə səbəb oldular . UGİ mərkəzinin kollektivi - Səfərli Orxan, Rəna Kərimova, Qurbanova Gülnarə, Cabbarova İradə, Səfərli Samirənin iştirak etdiyi bu tədbir dərnək üzvləri ilə yanaşı , qonaq olduqları Uşaq Bərpa Mərkəzinin kollektivi tərəfindən də xoş qarşılandı. Dərnək üzvlərinin həvəslə təqdim etdikləri bir-birindən maraqlı səhnələr digər uşaqların sevincinə səbəb oldu. İfa etdikləri musiqilərin sədaları altında rəqs etdikləri , əyləndikləri həmyaşıdları ilə qısa müddət ərzində dost ola bildilər . Öz təəssüratlarını birlikdə bölüşən kollektiv nümayəndələri bu cür tədbirlərin təşkili və mütəmadiliyi üçün növbəti görüşlərin olmasının vacibliyini qeyd etdilər . Həmçinin , 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti « Əlini mənə ver, dostum « adlı layihənin mahiyyətindən , tədbirin uşaqlarda yarada biləcəyi təəssüratlardan , onlara nə kimi müsbət təsirin ola biləcəyindən, əlil uşaqların özlərini cəmiyyətdə təcrid hiss etməmələri üçün mühitin onlara olan müsbət diqqətindən danışdı. O , nitqində uşaqlara göstərilən diqqət və qayğının hər zaman olmasının vacibliyini vurğuladı. Xatırladaq ki , Konsert proqramından sonra , 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən Bərpa Mərkəzində müalicə olunan uşaqların hər birinə hədiyyələr təqdim edildi .

Tədbirin sonunda baş həkim Şaban Eyvazov belə bir tədbirin təşkilinə, təşəbbüsünə görə , 3 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinə öz təşəkkürünü bildirdi.


Aliyə Əsədova

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !