Dədə yurdlarımızda dağıdılan muzeylərimiz - (+FOTO=10)

Dədə yurdlarımızda dağıdılan muzeylərimiz (+FOTO=10)

 AZpress.AZ xəbər verir ki, XX əsrin sonlarında Azərbaycan muzeylərinə tətbiq edilən erməni vandalizmi nəticvəsində 23 Muzey və 4 şəkil qalareyası dağıdıldı.


Müasir dövrdə hər kəsə məlumdur ki, Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisədir.

Laın Tarix Diyarşunaslıq Muzeyi. İşğaldan əvvəl və işğaldan sonra.

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Təsüf hissi ilə qeyd etmək lazımdır ki, XX əsrin sonlarında Azərbaycan muzeylərinə tətbiq edilən erməni vandalizmi nəticəsində muzeylərimiz çox ciddi zərər görmüşdür.

Beləki, Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərindən ermənilər, 23 muzey, 4 Dövlət Rəsm Qalareyasını dağıdaraq oradan, 102 757 muzey eksponatları, 376 rəsm əsəri; Bundan başqa 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyalarının bir qismi ermənilər tərəfindən məhv edildi, digər bir qismi isə qənimət kimi ələ keçirilərək Ermənistan Respublikasına oradan da 3-cü ölkələrə daşıdılar. Hətta Azərbaycan muzeylərindən oğurlanan eksponatların xarici ölkələrdə alver predmetinə çevrilməsi haqqında məlumatlar əldə edilmişdir.

Buna misal olaraq 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satıldığını sübut kimi göstərmək olar.

Bütün bu faktlar Beynəlxalq Hüququn norma və prinsipləri ilə tərs mütənasinlik təşkil edir. «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarına zidd olaraq, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri və s. Bu abidələrin bir qismini düşünülmüş şəkildə dağıdılaraq məhv etdilər, digər bir qismini isə (xüsusən xristianlıq dövrü abidələri) təmir edtmək bəhanəsi ilə mənimsənildi. Beləki faktiki olaraq bərpa etmək bəhanəsi ilə Qafqaz Albaniyası dövrü xristian abidələrinin tarixlərini dəyişdirməklə onların ermənilərə məxsusluğu barədə uydurma təbliğat aprmarırlar.

Bu əməli ilə Ermənistan Respublikası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalarını pozur.

İşğal olunmuş Azərbaycan ərazilərində qalan 23 muzeyin 8-i Şuşa şəhərində fəaliyyət göstərirdi. Onlardan Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa tarix muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeylərinin eksponatları qarət edilərək Ermənistana aparılmışdır.

Ağdam çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub. Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı müsbət qarşılayır. Məşhur taxılçı akademik İmam Mustafayev həmin dənələri özünün zəngin taxıl kolleksiyasından digər nümunələrlə birlikdə gətirib muzeyin dəyərini xeyli artırdı. Yüzə qədər xalqın çörək nümunələri əldə edildi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə verdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərildi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplandı. Amma çox təəssüflər olsun ki, istila vaxtında bu sərvət darmadağın edildi.
 

 

Kəlbəcər tarix-diyarşünaslıq muzeyi də məhv olan mədəni irs siyahısındadır. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılıb. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılıb. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş edilirdi. Burada ”Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparıblar. Hazırda muzey və eksponatları mövcud deyil, Kəlbəcərdən əldə edilən məlumatlara görə, ermənilər tərəfindən bütünlüklə məhv edilib.

Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat qorunub saxlanılırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə, dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin kənd həyatının maketi daxil olub.

Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayon Yuxarı Yeməzli kəndində fəaliyyətə başlayıb. Muzeydə xalqlar dostluğunu əhatə edən fotoşəkillər, Süsən dağında olan mağaradan tapılmış daş muncuqlar, müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.

Zəngilan rayon Daş Heykəllər Muzeyi isə 1989-cu ildə fəaliyyətə başlayıb. Orada qoç heykəlləri, at fiqurları, müxtəlif dövrlərə aid daş abidələr mövcud olub.

Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb. Ancaq hazırda muzey Sumqayıt şəhərində fəaliyyət göstərir, orada sonradan toplanan bir sıra eksponatlar nümayiş etdirilir.


Ermənistan tərəfindən işğal edilmiş ərazilərdaə qalan Muzeylər və eksponattların sayları haqqında
M Ə L U M A T .

 

S

Adı

Eksponatların sayı

 

1

Tarix Diyarşunaslıq muzeyi

22591

Xankəndi şəhəri

2

Şuşa tarix muzeyi

5000

Şuşa şəhəri

3

Ü.Hacıbəyovun ev muzeyi

300

Şuşa şəhəri

4

Bül-Bülün ev muzeyi

369

Şuşa şəhəri

5

Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı

 

163

Şuşa şəhəri

6

Qarabağ Dövlət Tarix Muzeyi

500

Şuşa şəhəri

7

Qarabağ Ədəbiyyat Muzeyi

10000

Şuşa şəhəri

8

Mir Möhsün Nəvvabın ev Muzeyi

100

Şuşa şəhəri

9

Tarix Diyarşunaslıq muzeyi

2000

Ağdam şəhəri

10

Çörək muzeyi

694

Ağdam şəhəri

11

Qurban Primovun xatirə muzeyi

700

Ağdam şəhəri

12

Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi

500

Ağdam şəhəri

13

Tarix Diyarşunaslıq muzeyi

2290

Ağdərə şəhəri

14

Tarix Diyarşunaslıq muzeyi

5000

Füzuli şəhəri

15

 Xalq Tətbiqi Sənəti Muzeyi

800

Füzuli şəhəri

16

Tarix Diyarşunaslıq muzeyi

3200

Hadrud şəhəri

17

Tarix Diyarşunaslıq muzeyi

3000

Qubadlı şəhəri

18

Tarix Diyarşunaslıq muzeyi

5000

Laçın şəhəri

19

Sarı Aşığın xatirə muzeyi

500

Laçın rayonu Güləbird kəndi

20

Tarix Diyarşunaslıq muzeyi

32000

Kəlbəcər şəhəri

21

Tarix Diyarşunaslıq muzeyi

2000

Cəbrayıl şəhəri

22

Tarix Diyarşunaslıq muzeyi

6000

Zəngilan şəhəri

23

Daş muzey

50

Zəngilan şəhəri

 

Cəmi:

102 757

 

 

Ermənistan tərəfindən işğal edilmiş ərazilərdaə qalan Dövlət Rəsm Qalareyaları və oradakı eksponattların sayları haqqında

M Ə L U M A T .

S

Adı

Eksponatların sayı

 

1

Dövlət Rəsm Qalareyası

90

Şuşa şəhəri

2

Dövlət Rəsm Qalareyası

62

Qubadlı şəhəri

3

Dövlət Rəsm Qalareyası

50

Laçın şəhəri

4

Dövlət Rəsm Qalareyası

174

Xankəndi şəhəri

 

 Cəmi eksponat

 376

 

 

Faiq İsmayılov

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !